Xarici mətbuat, 8 sentyabr 2020

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

1486766
Xarici mətbuat, 8 sentyabr 2020

"azertag.az": Hikmət Hacıyev: Azərbaycan və Türkiyə regionda çox gözəl inkişaf modeli yaradıblar 

"trend.az": Sentyabrın 10-da Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti ilk rəsmi səfərini Türkiyəyə edəcək.

"Al-Quds Al-Arabi": Səudiyyə Ərəbistanı jurnalist Camal Xaşoqçinin  qətlində günahkar bilinən 8 nəfər haqqında son qərarı verdi, 5-nin edam əmrini geri götürdü.
"Al-Raya" (Qətər): Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) "əlaqələri normallaşdırma" müqaviləsini dəstəkləmək üçün 22 sentyabrda İsrailə ilk rəsmi səfərin reallaşdırılması planlaşdırılır.
"Addustour" (İordaniya): Ümumdünya Səhiyyə Təşkilatı: "2021-ci ilin ortalarından əvvəl koronavirusa qarşı təsirli bir peyvəndin hazırlanacağını gözləmirik"
"Deutsche Welle": Prezident Rəcəb Tayyib Ərdoğan Avropa Şurasının başçısı Çarl Mişel ilə telefon danışığında Aİ-ni ədalətli, qərəzsiz və obyektiv qalmağa dəvət etdi.
"Deutschlandfunk.de": Qaçqınlara yardım təşkilatları Almaniya Bundestaqının qarşısına 13 min boş stul qoyaraq Avropa sərhədlərindəki humanitar fəlakətə son qoyulmasına və Yunanıstandakı qaçqın düşərgələrinin boşaldılmasına çağırdılar.
"tagesspiegel.de": Alman İqtisadiyyat İnstitutunun araşdırmasına görə, korona virus böhranı avtomobil sənayesini digər sahələrə nisbətən daha ciddi şəkildə təsir etdi.
"Le Figaro" (Fransa): "Sarı jiletlilər" 12 sentyabr şənbə günü nümayişə çağırdı
"Le Parisien" (Fransa): "Covid-19": Vitrydə Sanofi (əczaçılıq şirkəti), satış qiyməti '10 avrodan aşağı' olan bir peyvənd istehsal edəcək
"Le Monde" (Fransa): Koronavirus: Mütəxəssislər virusun Fransada sürətlə yayılmasından narahatdırlar
"La Nación" (Şili): Lula da Silva (Braziliyanın keçmiş Prezidenti) Bolsonaronu (hazırkı prezident) "Covid-19"u ölkədə "məhv etmə silahı" na çevirməkdə günahlandırır.
"El País" (İspaniya): İspaniya "Covid-19"a yoluxan yarım milyon insan sayı ilə Avropa İttifaqının ilk ölkəsi oldu.
"ABC" (İspaniya): "Covid-19"un ağciyər və ürəyə verdiyi zərər zaman ərzində yaxşılaşır.
"Regnum" xəbər saytı: Koronavirusa qarşı hazırlanmış rus peyvəndi ictimaiyyətə təqdim olunur.
"RİA Novosti": Belarus Müxalifət Koordinasiya Şurasının üzvü Mariya Kolesnikova Ukrayna sərhədini keçməyə çalışarkən tutuldu.
"TASS" agentliyi: "Bundeswehr" (Almaniya Silahlı Qüvvələri), rus müxalif Navalnın zəhərlənməsi ilə bağlı təfərrüatları yaymaqdan imtina etdi.



Әlaqәli Xәbәrlәr