Xarici mətbuat, 11 avqust 2020

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları

1470739
Xarici mətbuat, 11 avqust 2020

"azertag.az":Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları təlim-məşq uçuşları keçiriblər

"trend.az": Ceyhun Bayramov Türkiyəyə gedib

"spiegel.de": Almaniyada quraqlıq: Bələdiyyələr suya qənaətə çağırır
"Frankfurter Allgemeine Zeitung": Səhiyyə naziri Yens Şpan: "Azarkeşlərin stadionlara qayıtması prioritet mövzu deyil"
"dpa": Liviyadakı müharibə: Almaniya, Fransa və İtaliya silah qaçaqmalçılarına qarşı sanksiy tətbiq etməyə hazırlaşır
"Addastour" (İordaniya): Livanın baş naziri Həsən Diyab istefa ərizəsini təqdim etdi və 'Korrupsiya Livandan daha böyük' dedi
"Al-Raya (Qətər): Dünya Qida Proqramının icraçı direktoru David Beasley: "Bir neçə gündə Livana minlərlə ton taxıl göndəriləcək"
"Al-Raya": Avqustun 4-də Beyrut Limanında baş verən partlayış şəhərin tarixi binalarını məhv etdi.
"Al-Quds Al-Arabi": Beynəlxalq bir hesabat Qətər Əmiri Şeyx Tamim bin Hamed Al Taninin ölkədəki böhranı ağıllı şəkildə idarə etdiyi və blokada və koronavirusa baxmayaraq təhlükəsiz şəraitin hökm sürməsi üçün cəhd göstərdiyini bildirdi və  Tanini təriflədi.
"Le Monde" (Fransa): Nigerdə fransız yardım missiyası işçilərinin öldürülməsi bölgədəki təhlükəsizlik vəziyyətinin necə pisləşdiyini göstərir.
"Le Parisien" (Fransa): Livan: Fransa Prezidenti Emmanuel Makronun rəhbərliyi altında təşkil edilən Livan üçün keçirilən xeyriyyə konfransında 250 milyon avro toplandı.
"Libération" (Fransa): Beyrutdakı etirazçılara qarşı təhlükəsizlik qüvvələrinin istifadə etdiyi gözyaşardıcı qaz bombalarının bir hissəsinin Fransa şirkətləri tərəfindən satıldığı məlum oldu.
"El Mundo" (İspaniya): Mütəxəssislər İspaniyanın koronavirusa qarşı daha sərt tədbirlər görməli olduğu qənaətinə gəliblər.
"El Universal" (Meksika): Dəniz suyu günəş şüalarının köməyi ilə içməli suya çevrildi.
"Clarín" (Argentina): Argentinada özəl sektor işçilərinin 12 faizi koronavirus səbəbiylə işini itirdi.

"İzvestiya": Türkiyə turistlərin ölkəyə girişi üçün yeni qaydaları həyata keçirdi.
"IUD Novosti": ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putini G7 görüşünə dəvət etmək istədiyini söylədi.
"TASS": Belarusun paytaxtı Minskdə prezident seçkilərindən sonra başlayan etirazlarda bir nəfər həlak oldu.



Әlaqәli Xәbәrlәr