Xarici mətbuat, 2 iyul 2020

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

1447468
Xarici mətbuat, 2 iyul 2020

"azertag.az": Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı silahlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 53 dəfə pozub.

"trend.az": 2020-ci ilin yanvar-may aylarında Türkiyənin türkdilli ölkələrə ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz artaraq 1,97 milyard dollar olub.

"Al Quds Al Arabi": Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya Yəməndəki Husilərə qarşı hərbi əməliyyata başlayıb
"Al-Raya" (Qətər): Efiopiya: Müğənni Haşalu Hundisanın qətlinə etiraz olaraq keçirilən nümayişdə 50 nəfər öldü.A
"Addustour" (İordaniya): İngiltərənin baş naziri Boris Conson: İlhaq planı ingilislərin beynəlxalq forumlarda İsrailə verdiyi dəstəyinə mane olacaq
"Le Parisien": (Fransada) Vergi korrupsiyası: Dövlət 2019-cu ildə 12 milyard avronu geri aldı, bu bir rekorddur.
"Le Figaro"
: (Fransa) Kabinet dəyişikliyi: Fransızların 57% -i (indiki baş nazir) Edouard Philippenin Matignonda qalmasını istəyir. (Matignon - Baş Nazirlik qərargahının olduğu yer, Baş Nazirliyi təmsil edir)
"Le Monde": (Fransada) Universitetlər: Dövlət Şurası xarici tələbələrdən daha yüksək qeydiyyat vəsaiti alınmasını təsdiqlədi.
"Frankfurter Allgemeine Zeitung": "Corona-19" pandemiyası böhranı Almaniyada iyun ayında işsizliyin artmasına səbəb oldu.
"dpa": "Volkswagen" koronavirus səbəbiylə Türkiyədə fabrik qurma planlarını dayandırdı.
"spiegel.de": Türkiyə səyahət xəbərdarlığına son qoymaq istəyir-Türikyənin iki naziri səyahət xəbərdarlığının qaldırılması üçün bu gün Berlində görüş keçirəcək
"El Espectador" (Kolumbiya): Meksikadakı qətliam: Reabilitasiya mərkəzlərindən birində 24 nəfər öldürüldü
"El Pais" (İspaniya): Uruqvayın xarici işlər naziri (Ernesto Talvi) ölkənin Mercosura (Cənubi Amerikanın birgə bazarı) müvəqqəti prezidentliyi vəzifəsindən istefa verdi
"İnfobae" (Argentina): Venesuelad böhran: Ölkə 77 ilin ən aşağı neft ixracatını etdi
"TASS": Konstitusiya dəyişikliklərini rusların 77,93% -i dəstəklədi. Sayılan səslərin nisbəti 99,9% -dir.
"RİA Novosti": Pelosi Talibanla razılaşma üçün Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunmasını təklif etdi.
"Lenta.ru": "Şimal axını-2" layihəsi üçün ABŞ-ın yeni sanksiyalarının dəyəri hesablandı: 700 milyon avro.
"Rambler.ru": Kreml Putinin niyə maska və əlcəksiz səs verməyə gəldiyini izah etdi



Әlaqәli Xәbәrlәr