Xarici mәtbuat: 11 may 2020

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

1414754
Xarici mәtbuat: 11 may 2020

 

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

‘‘Azәrtac’’ (Azәrbaycan): Türkiyənin aparıcı KİV-ləri ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə geniş məlumatlar yayıblar.

‘‘Azәrtac’’ (Azәrbaycan): Minskdə Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb.

‘‘Azәrtac’’ (Azәrbaycan): Pakistanda “Şuşa – Qafqaz sivilizasiyasının incisi. İşğalın 28-ci ili” adlı məqalə dərc olunub.

 

‘‘France 24’’: ‘‘Covid-19’’: Amerika Birlәşmi Ştatlarının keçmiş prezidenti Barak Obama Donald Trampın böhranı idarә etmә şәklini ‘‘xaos’’ adlandırıb.

‘‘Le Monde’’: Dünyada koronavirus: Virus Cәnubi Koreyanın paytaxtı Seulda vә Çinin Vuxan şәhәrindә yenidәn yayılmağa başlayıb.

‘‘Le Figaro’’: Mağazaların yenidәn açılması, evdәn işlәmәk, nәqliyyat: Fransada karantin rejimi bu gün sona çatıb.

 

‘‘Eldustur’’: Tunisdә gün әrzindә koronavirusa yoluxan olmayıb.

‘‘Elraya’’: Qәtәr hökumәtinin qabaqlayıcı tәdbirlәri sayәsindә koronavirusun ölkә iqtisadiyyatına vә sәhiyyә sisteminә olan mәnfi tәsirlәri nәzarәt altına alınıb.

‘‘Elquds’’: Iraq hökumәti Ramazan bayramında ölkәdә komendant saatı elan etmәyә hazırlaşır.

 

‘‘El Pais’’: (İspaniya) Restoran, otel ve mağaza sahiblәri iş yerlәrini yenidәn açmağa hazırlaşır.

‘‘El Mundo’’: (İspaniya) Hökumәt aztәminatlı bir milyon ailәyә 1015 avro mәblәğindә maliyyә yardımı edәcәk.

‘‘TeleSur’’: (Venesuela) Dövlәt başçısı Nikolas Maduro Venesuela xalqının karantin rejiminә riayәt etmәsini istәyib.

 

‘‘Deutsche Welle’’: Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğandan  vә Avropa ittifaqına üzv dövlәtlәrin liderlәrindәn ‘‘Covid-19’’la  bağlı çağırış.

‘‘Zeit Online’’qәzet: ‘‘Covid-19’’ epidemiyası Almaniyada yenidәn yayılmağa başladı.

‘‘Frankfurter Allgemeine Zeitung’’ qәzet: Koronavirus epidemiyasından sonra Almaniyaya sığınacaq ilә bağlı müraciәt edәnlәrin sayı azalıb.

 

‘’Russia Today’’: Rusiyanın Krasnoqorsk şәhәrindәki xәstәxanada baş verәn yanğın nәticәsindә 9 nәfәr hәlak olub.

‘‘Regnum’’ xәbәr agentliyi: Tatarıstanda mayın 11-dәn etibarәn elektron icazә ilә küşәyә çıxmaq sistemi lәğv olunur.

‘‘Gazeta.ru’’: Ukraynanın keçmiş xarici işlәr naziri Pavel Klimkin deyib: ‘‘Rusiyanın Qәlәbә Gününü qeyd etmәyә haqqı yoxdur’’.



Әlaqәli Xәbәrlәr