Xarici mәtbuat: 13 aprel 2020

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

1396870
Xarici mәtbuat: 13 aprel 2020

 

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

Azәrtac (Azәrbaycan): Hərbi Dəniz Qüvvələrinin Dalğıc Təlim Poliqonunda hazırlıq məşqləri keçirilir.

Azәrtac (Azәrbaycan):Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə bayrağının videoproyeksiya edilməsi qardaş ölkə KİV-lərinin diqqətində olub.

Azәrtac (Azәrbaycan):Adil Əliyev: Türk Şurası ölkələri arasında əməkdaşlığın inkişafında Azərbaycanın fəallığı danılmazdır.

 

‘‘AlJazeera’’: Amerika Birlәşmiş Ştatları prezidenti  Donald Trampın müdaxilәsindәn sonra Neft İxrac Edən Ölkələr Təşkilatı OPEC və OPEC üzvü olmayan xam neft istehsal edən ölkələr (OPEC+) mayın 1-dən iyunun 30-dək gündəlik xam neft hasilatını gündəlik 10 milyon barel azaldacaq.

‘‘AlJazeera’’: Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan komendant saatından sonra daxili işlәr naziri Süleyman Soylunun istefasını qәbul etmәdi.

‘‘Al Sharq Al Awsat’’: Koronavirus: Lazkiye şәhәrindә koronavirusa yoluxan çox sayda adam aşkar edilib.

 

‘‘Bild.de’’: Koronavirus: Almaniyada daha 2 min 500 adam yeni növ koronavirusa yoluxub. Ölkәdә koronavirusdan ölәnlәrin sayı isә 126 nәfәrә çatıb.

‘‘Deutsche Welle’’: "Koronavirusa qarşı dәrman bu il lisenziya ala bilәr’’

‘‘Süddeutsche Zeitung’’: İngiltәrә baş naziri Boris Conson müalicәsi başa çatdıqdan sonra evә buraxılıb.

 

‘‘El País’’ (İspaniya): Mütәxәssislәr ölkә iqtisadiyyatında yaşanan böhranın aztәminatlı ailәlәrә daha çox zәrәr verәcәyini açıqlayıb.

‘‘La Jornada’’ (Meksika): Meksika dövlәt başçısı Lopez  Obrador koronavirusa yoluxanların müalicәsi ilә әlaqәdar özәl xәstәxanalarla müqavilә imzaladıqlarını deyib.

‘‘Clarin’’ (Argentina): Argentina prezidenti Alberto Fernandez  deyib: ‘‘Karantin elan edildikdәn sonar  müsbәt irәlilәyişlәr әldә etdik’’

 

‘‘Le Monde’’ : Amerika Birlәşmiş Ştatlarında öskürmәk ‘‘terror aktı’’na çevrilә bilәr.

‘‘France 24’’ : ‘‘Covid-19’’: 22 mindәn çox adamın öldüyü ABŞ virusdan әn çox tәsirlәnәn ölkәlәrdәn biridir.

 ‘‘Le Figaro’’ : Fransa prezidenti Emmanul Makron yeni karantin tәqvimini açıqlayacaq.

 

‘‘Lenta.ru’’: OPEC+ üzv ölkәlәr  tarixi neft razılaşmasını imzaladılar.

‘‘Gazetem.ru’’ :  Rusiya prezidenti Vladimir Putin  Amerika Birlәşmiş Ştatları prezidenti Donald Tramp vә Sәudiyyә Әrәbistanı Kralı Salman ilә  neft mәhdudiyyәti mәsәlәsini müzakirә edib. Daha sonar Tramp vә Putin arasında tәkbәtәk görüş dә olub.

TASS xәbәr agentliyi: Rusiya baş nazirinin müavini Qolikova deyib: Rusiyada koronavirusla bağlı  hәyata keçirilәn mәhdudiyyәtlәrin may ayının 9-dәk aradan götürülmәsi mümkün deyil.



Әlaqәli Xәbәrlәr