Xarici mәtbuat: 9 aprel 2020

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

1394443
Xarici mәtbuat: 9 aprel 2020

 

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

 

‘‘Azәrtac’’ (Azәrbaycan): Milli Məclisdə Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı dinlənilir

 ‘‘Azәrtac’’ (Azәrbaycan): Koronavirusla mübarizədə qətiyyətli addımlarına görə Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq məktubları ünvanlanır

‘‘Azәrtac’’ (Azәrbaycan): Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 25 dəfə pozub

 ‘‘Al Jazeera’’: Sәudiyyә Әrәbistanında onlarla adam yeni növ koronavirus epidemiyasına yoluxub. Kral Salman epidemiya ilә әlaqәdar bir adaya yerlәşib.

‘‘Al Al Quds Al Arabi’’: Sәudiyyә Әrәbistanı rәhbәrliyindәki koalisiya qüvvәlәri yeni növ koronavirus epidemiyası sәbәbindәn Yәmәndә  bu gündәn etibarәn   atәşkәs rejimi elan edib.

‘’Al Quds Al Arabi’’: Suriyanın şimalındakı qaçın düşәrgәsindә koronavirus epidemiyasının yayılma tәhlükәsi var.

‘’Al Quds Al Arabi’’: Amerika Birlәşmiş Ştatları administrasiyası Nyu York әvәzinә İsrail işğal ordusuna bir milyon әdәd  tibbi maska göndәrib.

 

‘‘Merkur.de’’: Almaniyada koronavirusdan ölәnlәrin sayı 2 mini keçib.

 ‘’Stern.de’’:Koronavirus böhranı: Almaniya üçün 8 milyon maska- Kansler Angela Merkel sayәsindә Çin ilә Almaniya arasında hava körpüsü yaradılıb.

‘‘dpa’’: Dünya ticarәti: Dünya Ticarәt Tәşkilatı dünya ticarәtinin koronavirus epidemiyasının sәbәb olduğu böhran sәbәbindәn bu il 32% azalacağını proqnozlaşdırır.

 

‘‘Le Figaro’’: Fransa Afrikaya ‘‘Covid-19’’a qarşı aparılan mübarizә çәrçivәsindә 1,2 milyon avro maliyyә vәsaiti ayırıb.

‘‘Le Monde’’: Koronavirus: Tәxminәn 11 min adamın öldüyü Fransada komendant saatının müddәti uzadılacaq.

‘‘Le Parisien’’: ‘‘Covid-19’’: Fransadakı hәbsxanalardakı mәhbusların sayı 8 min azalıb.

 

‘‘El Mundo’’ (İspaniya): Amerika Birlәşmiş Ştatlarında bir gündә 2000 min adam hәyatını itirib.

‘‘El Pais’’ (İspaniya): İspanya Maliyyә Nazirliyi 3,4 milyon kiçik sahibkarın vә muxtar rәhbәrliklәrin vergilәrinin tәxirә salınmasını tәklif edib.

‘‘EL Clarin’’ (Argentina): Argentinadakı valilәr karantin müddәtinin may ayınadәk davam etmәsini tәlәb edir.

 

RBK xәbәr saytı: Rusiya OPEK+ ölkәlәri ilә neft istehsalının 14% azaldılması mәsәlәsini müzakirә edәcәk.

‘‘Lenta.ru’’ xәbәr saytı: Moskvada daha 7 nәfәr koronavirusdan öldü. Belәliklә koronavirusdan ölәnlәrin sayı 63 nәfәrә çatıb. Ölkәdә infeksiyaya yoluxanların ümumi sayı isә 8672-dir.

 RT xәbәr saytı: Baş nazir Mişustin koronavirusun dövlәt büdcәsinә ciddi zәrbә vura bilәcәyini deyib.



Әlaqәli Xәbәrlәr