Xarici mətbuat, 2 aprel 2020
“Deutschlandfunk”, “Deutsche Welle”, “t-online”, “El Pais”, “La Jornada”, “La Tercera”, “Alsharq Alawsat”, “Alquds Al Arabi”, “Aljazeera.net”, “Le Figaro”, “Le Monde”, “Le Parisien”, RBK, “Gazeta.ru” və “RİA Novosti” bu gün nələrdən yazır?

“Deutschlandfunk” (Almaniya): “Covid-19”la əlaqədar Türkiyə İtaliya və İspaniyaya qoruyucu tibbi avadanlıq göndərdi.
“Deutsche Welle” (Almaniya): Korona epidemiyasıyla bağlı Almaniyada Pasxa tətilindən sonra da sosial təmas məhdudiyyəti uzanır.
“t-online” (Almaniya): Suriya və İraqdan geri dönüş: “Tornado2 təyyarələri anti-DAEŞ missiyasından sonra Almaniyaya qayıdır.
“El Pais” (İspaniya): İspaniyada korona virusundan 9.053 ölən var. Hökumət tərəfindən vəd edilən 52.000 əlavə tibb işçisi haradadır?
“La Jornada” (İspaniya): İMF bildirib: "Müharibə siyasəti “Covid-19”a qarşı həyata keçirilməlidir.
“La Tercera” (Çili): “Wimbledon” Tennis Turniri keçirilməyəcək. Tədbir son olaraq İkinci Dünya Müharibəsi zamanı ləğv edilmişdi.
“Alsharq Alawsat” (Səudiyyə Ərəbistanı): Korona fəlakəti üzündən dünya üzrə yoluxanların sayı bir milyona çatdı.
“Alquds Al Arabi” (Səudiyyə Ərəbistanı): ABŞ prezidenti Donald Tramp İrana xəbərdarlıq etdi: “İraqdakı Amerika qüvvələrinə hücum etsəniz, ağır bədəl ödəyəcəksiniz”.
“Aljazeera.net” (Səudiyyə Ərəbistanı): Amerika kəşfiyyatı məlumatına görə, Çinin açıqladığı korona virusu yoluxma halları və ölümlərin sayı reallığı əks etdirmir.
“Le Figaro” (Fransa): Korona virusuyla əlaqədar president Emmanuel Makron bələdiyyə seçkilərini oktyabr ayına təxirə salmağı planlaşdırır.
“Le Monde” (Fransa): Parisdən digər bölgələrdəki xəstəxanalara köçürülən korona virusu xəstələrinin sayı artır.
“Le Parisien” (Fransa): Korona virusundan ABŞ-da 6 həftəlik bir körpə öldü.
RBK (Rusiya): Rusiya Federal Biomedikal Agentliyi (FMBA) ölkədə korona virusunun yayda bitəcəyini açıqlayıb.
“Gazeta.ru” (Rusiya): Rusiya neftinin ixrac qiyməti sıfırdan aşağı düşdü.
“RİA Novosti” (Rusiya): Rusiya hökuməti ölkədə işsiz qalma həftəsini uzatmağı təklif etdi.
Әlaqәli Xәbәrlәr

Xarici mətbuat, 27 avqust 2021
Dünya informasiya vasitələrində gündəmə dair dərc olmuş xəbərlərdən başlıqlar