Xarici mətbuat: 25 mart 2020

Xarici media vasitələrində dərc olunan bəzi xəbərlərin başlıqları.

1384598
Xarici mətbuat: 25 mart 2020

 

Xarici media vasitələrində dərc olunan bəzi xəbərlərin başlıqları.

 

Azərtac (Azərbaycan): Elmar Məmmədyarov: Xarici İşlər Nazirliyi, diplomatik nümayəndəliklərimiz xüsusi rejimdə fəaliyyətlərini davam etdirirlər.

Azərtac (Azərbaycan): Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.

Azərtac (Azərbaycan): Səfir: Türkiyədəki əməkdaşlarımız gücləndirilmiş iş rejimində çalışırlar.

 

''Al Raya'' (Qətər): Küveyt, Oman və Sudanda koronavirusa yoluxanların sayı artıb. Səudiyyə Ərəbistanında koronavirusdan ilk ölüm qeydə alınıb.

''Al Sharq Al Awsat'': Dünyadakı 2.6 milyarddan çox insan Covid-19 səbəbindən edilən ''evdə qal'' çağırışına riayət edir.

''AL Jazeera'': Koronavirusdan sonra Çində Hantavirüs yayılmağa başlayıb.

 

''Deutsche Welle'': Almaniyanın təcili ehtiyac üçün sifariş verdiyi 6 milyon maska ​​yoxa çıxdı. Maskaların Keniyada yoxa çıxdığı təxmin edilir.

''Tagesschau.de'': Tokion 2020 Olimpiya Oyunlarının koronavirus qlobal epidemiyası səbəbindən  təxirə salındığı açıqlandı.

''Handelsblatt.com'':  İqtisadçılar koronavirusun Almaniya iqtisadiyyatına azı yarım trilyon avro zərər verəcəyini və  bir milyondan çox insanın işsiz qalacağını proqnozlaşdırır.

 

''İzvestiya'' qəzeti:  Moskvada xəstəliyin  yüngül formada olması  halında  koronavirusun evdə müalicəsinə icazə verildi.

''Rambler'' xəbər portalı:   Amerikanın National İnterest jurnalı Rusiyanın T-95 tankını NATO üçün "kabus" olaraq xarakterizə etdi.

TASS agentliyi: Moskovada koronavirusa yoluxan beş nəfər müalicə olunaraq xəstəxanadan göndərilib.

 

''El País'' İspaniya: İspaniyada Covid-19-dan həlak olanların sayı 2 min 937 nəfərə çatıb.Virusa yoluxanların sayı isə 41 min 900-ə yüksəlib.

''El Clarin'' Argentina: Daha 86 yeni yoluxma halı qeydə alınıb.Argentinada indiyədək koronavirusa yoluxanların sayı 387 nəfərə çatıb.

''El Tiempo''  Kolombiya:  Brezilya prezidenti Jair Mesias Bolsonaro Covid-19-un sade qrip olduğunu deyib və evdə qalmaq ilə bağlı görülən tədbirləri tənqid edib.

 

''France 24'': Koronavirus: Çin  Hubey əyalətindəki məhdudiyyətləri aradan qaldırıb.

''Le Figaro'' : Koronavirus: İsaniya koronavirusun törətdiyi fəsadların qarşısını ala bilmir.

''Le Monde'' : Karantin başlayandan bəri Parisin İle-de-Frans bölgəsində havanın çirklənməsi azaldı.



Әlaqәli Xәbәrlәr