Xarici mətbuat, 24 mart 2020

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

1383813
Xarici mətbuat, 24 mart 2020

 “azertag.az”(Azərbaycan): Koronavirusun geniş yayıldığı ölkələrin hər birində Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin rəhbərləri, səfirlər, baş konsullar, səfirliklərin və baş konsulluqların işçiləri və onların ailə üzvləri fəaliyyətlərini davam etdirirlər.

“trend.az” (Azərbaycan): Martın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilib. İclasda ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyət müzakirə edilib və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərar qəbul edilib.

 “Al Quds Al Arabi”: Suyun verilməməsi Suriyanın şimal-qərbindəki koronavirus epidemiyasının yayılma təhlükəsini artırır.

“Al Jazeera”: Prezident  Rəcəb Tayyib Ərdoğan və Qətər Əmiri Şeyx Təmim bin Haməd əs Sani arasında baş tutan telefon danışığında iki ölkə arasındakı əlaqələr və koronavirusu ilə mübarizə yolları müzakirə olundu.

 “Alsharq Alawsat (Səudiyyə-İngilis): Suriya rejimi ilk qeydə alınan yeni növ koronavirus hadisəsindən sonra tədbirləri artırdı.

“Deutsche Welle”: Almaniya Səudiyyə Ərəbistanına silah ixracını dayandırmaq qərarının müddətini daha 9 ay uzatdı.

Der Spiegel”: Kansler Angela Merkelin ilk koronavirus testinin nəticəsi mənfi çıxdı.

“Die Welt”: Koronavirus Almaniyanın iqtisadiyyatına yüzlərlə milyard avroya başa gələcək.

“Le Figaro”: Koronavirus: Dünya Səhiyyə Təşkilatı epidemiyanın yayılma sürətinin artdığını açıqlayıb.

“Le Mond” : Koronavirus: Fransa evdə karantin rejiminin ikinci həftəsinə daxil oldu, tədbirlər artırıldı.

“Le Temps”: İngiltərədə ən az üç həftə davam edəcək evdə karantin rejimi start götürür.

“El Pais” (İspaniya): Epidemiya İspaniyada İtaliya ilə müqayisədə daha sürətli və daha geniş yayılır.

“El Mundo (İspaniya)”: Kuba sərhədlərini turistlərə bağladı; gedənləri karantinə alır.

“Clarin” (Argentina): Argentinadakı karantin əsaslarına əməl etməyən iki fransız və bir hollandiyalı həbs edildi.

“İzvestiya”: Rusiyanın ABŞ-dakı səfiri Beynəlxalq İnsan Hüquqları Təşkilatını (Human Rights Watch) Rusiyadakı Covid-19 ilə mübarizə mövzusunda yalan danışmamağa dəvət etdi.

“Regnum” xəbər agentliyi: Rusiya banklarında mənzil kredit faizləri və depozitlərin faiz nisbətləri artmağa başladı.

“Gazeta.ru”: Rusiyaya məxsus 14-cü hərbi təyyarə İtaliyaya çatdı.



Әlaqәli Xәbәrlәr