Xarici mətbuat, 03 fevral 2020

Xarici mətbuat və veriliş orqanlarında Türkiyə və dünya gündəmindəki mövzulardan bəzilərinin başlıqlarını təqdim edirik.

1352004
Xarici mətbuat, 03 fevral 2020

 

“Tagesschau.de”: Almaniya İdlibdə köç məcburiyyətində qalan dinç sakinlərin sığınacaq və digər ehtiyaclarının təmin edilməsi üçün Türk qırmızı aypara cəmiyyətinə 25 milyon avro yardım edəcəyini açıqlandı.

“ZDF.de”: Reynland-Pfalz əyalətinin keçmiş maliyyə naziri Ingolf Deubel 2 il 3 ay həbs cəzasına məhkum edildi.

“Deutsche Welle”: Almaniya kansleri Angela Merkel 5-8 fevral tarixlərində Cənubi Afrika Respublikasına səfər edəcək.

“Əlcəzair.net”: Misir müxalifəti İstanbulda bir sərgi açaraq Trampın sülh planına etirazını bildirdi.

“Əl-Qüds Əl-ərəbi”: İsrailin Likud partiyası 'Əsrin müqaviləsi' adlanan sülh planının seçkilər əvvəli təsdiqi  ilə  bağlı  tədqiqat  başladıb.

“Əl-Şərq Əl-Avsat”: Çinin Rıyad səfiri Koronavirusun nəzarət altına alınaraq müalicəsinin mümkün olduğunu bildirib.

“Le Parisien”: Fransa prezidenti Emmanuel Makron Polşada səfərdədir

“Le Monde”: Fransa hökuməti uşağını itirən valideynə verilən məzuniyyət müddətinin uzadılmasını planlaşdırır.

“Le Figaro”: Kanadada 500 qədər turist torpaq sürüşməsi səbəbindən bir xizək mərkəzində qapalı qaldı.

“La Vanguardia” (İspaniya): Koronavirusun yayılması dünya iqtisadiyyatına təhlükə yaradır.

“El Comercio” (Peru): Amerika İnsan Hüquqları Komissiyasının heyəti, Venesuela Hökumətinin icazə verməməsinə baxmayaraq, 4 Fevralda bu ölkəyə gedəcək.

“Infobae” (Argentina): Perunun paytaxtı Lima şəhərində benzin daşıyan tankerin partlaması nəticəsində həyatını itirənlərin sayı 22 nəfərə çatdı.



Әlaqәli Xәbәrlәr