Xarici mətbuat, 11 dekabr 2019

“Focus.de”, “Welt.de”, “Süddeutsche Zeitung”, “Al Quds Al Arabi”, “Al Quds Al Arabi”, “Al Jazeera”, “Le Monde”, “Le Figaro”, “Le Temps”, "Obzorpress", “Lenta.ru”, “Gazetem.ru”, “El Pais”, “El Mundo” və “TeleSur” bu gün nələrdən yazır?

1321400
Xarici mətbuat, 11 dekabr 2019

 

Focus.de”: Almaniyada uşaq evlilikləri: qurbanların əksəriyyəti Avropa İttifaqı ölkələrindən gəlir.

Welt.de”: Köç - sığınma müraciətlərilə bağlı Fransa Almaniyanı keçdi.

Süddeutsche Zeitung”: “Roxette”nin solisti Marie Fredriksson dünyasını dəyişdi.

Al Quds Al Arabi”: Pentaqon bütün Səudiyyə Ərəbistanı hərbi personalının Amerikada təhsilini təxirə saldı.

Al Quds Al Arabi”: İsrail Barjasıdakı "Expo 2020" sərgisinə qatılmaq üçün razılaşma imzaladı.

Al Jazeera”: İnsan haqqları pozuntularıyla əlaqədar günahlandırılanlara qarşı ABŞ sanksiyalarına aralarında Səudiyyə Ərəbistanı və Liviyadan olan iki səlahiyyətli də daxil edildi.

Le Monde”: Təqaüd islahatı ilə bağlı geri durmaq, yoxsa qərarlı olmaq məsələsi Makron üçün iki uclu iti bıçaq kimi oldu.

Le Figaro”: Tətilə görə Parisdə 300 km.-dən uzun tıxac meydana gəldi.

Le Temps” (İsveçrə): Fransada təqaüdlə əlaqədar tənzimləmə yoxsulluq qorxusu yaradır.

"Obzorpress" (Rusiya): “Putindən Donbas-Rusiya sərhədi xəbərdarlığı gəldi: ikinci Srebrenitsa yaşana bilər..."

Lenta.ru” (Rusiya): Tramp Lavrovla görüşünü “çox yaxşı” deyə dəyərləndirdi.

Gazetem.ru” (Rusiya): “Türk axını” təbii qaz boru xətti layihəsi üçün gerisayma başladı.

El Pais” (İspaniya): İspaniya Sosialist Fəhlə Partiyasının sədri Pedro Sançez dekabrın 11-də Kral VI Felipe ilə görüşəcək və ondan hökumətin qurulması üçün dəstək verməsini istəyəcək.

El Mundo”: Antarktikadakı bazaya gedərkən itən Çiliyə aid təyyarə ilə bağlı ümidlər tükənir.

TeleSur”: Argentinada prezident seçilən Alberto Fernandes argentinalılara belə səsləndi: "Tək-tək hər birinizin haqqını qoruyacağıq".



Әlaqәli Xәbәrlәr