Xarici mətbuat, 5 dekabr 2019
Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları

“AZƏRTAC”(Azərbaycan): Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub.
“trend.az” (Azərbaycan): Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə ATƏT Nazirlərinin Bratislavada keçirilən iclası çərçivəsində baş tutan və 3 saat yarımdan çox davam edən görüşü zamanı tərəflər geniş müzakirələr aparıblar.
“DW”: Almaniyadan köç edənlər ümumilikdə akademiklərdir.
“Zeit.de”: Merkəl və Tramp NATO zirvəsini səmərəli olaraq qiymətləndirdi.
“Heibronner-Stimee”: UNESCO-nun hesabatına görə yetkin insanların təhsilində Almaniya nümunə götürülməlidir.
“Alsharq Alawast” (Səudiyyə Ərəbistanı): ABŞ 23 ildən sonra ilk dəfə Sudan ilə qarşılıqlı səfir mübadiləsi reallaşdıracaq.
“Al Quds Al Arabi”: Ərdoğan: “Suriya torpaqlarında gözümüz yoxdur və gözü olanlar oradan çıxmalıdır.
“Al Jazeera”: Livan prezidenti baş nazir namizədini müəyyənləşdirmək üçün vacib olan müzakirələrin başlanacağı tarixi açıqladı.
“Le Mond”: Oğurlanan bir videonun yayılması NATO zirvəsində Tramp ilə Trudeau arasında gərginliyə səbəb oldu.
“France 24”: 5 dekabr tətili: Təqaüd islahatına qarşı səfərbərliyin səbəbləri
“Le Parisien”: Viry-Chatillon şəhərində polis əməkdaşlarının yandırılması hadisəsilə əlaqədar tutulan məhkumlara 10-20 il arasında iş kəsildi.
“El Pais” (İspaniya): Kolumbiyada iki həftə ərzində keçirilən üçüncü milli tətilə on minlərlə insan qatıldı.
“Telesur” (Venesuela): Argentinadan insan haqlarına dair vəziyyəti araşdırmaq üçün Boliviyaya gedən heyət ölkədə insan haqları pozuntularının olduğunu açıqladı.
“ABC” (İspaniya): İspaniyanın baş naziri Pedro Sançez Türkiyə prezidenti Ərdoğan ilə təkbətək görüş keçirdi.
“TASS” rus xəbər agentliyi: Rusiya Almaniyanın iki rus diplomatını deportasiya etməsinə cavab verəcək.
“İNTERFAKS” xəbər agentliyi: Putin Bolqarıstanın “Türk axını” qaz boru kəmərinin inşa işlərini qəsdən yavaşlatdığını söylədi.
“Gazetem.ru”: Peskov: “NATO-nun büdcəsini artırması bizi narahat edir”.
Әlaqәli Xәbәrlәr

Xarici mətbuat, 27 avqust 2021
Dünya informasiya vasitələrində gündəmə dair dərc olmuş xəbərlərdən başlıqlar