Xarici mətbuat, 2 dekabr 2019

“Al Raya – Al Katariya”, “Alsharq Alawsat”, “Vatan”, “Bild.de”, “Deutsche Welle”, “Spiegel.de”, “Le Monde”, “RBK”, “Regnum”, “Lenta.ru”, “El País”, “El Universal” və “El Mundo” bu gün nələrdən yazır?

1315809
Xarici mətbuat, 2 dekabr 2019

 

Al Raya – Al Katariya” (Qətər): Son iki ildə Qəzzadan İsrailə 2600 mərmi atılıb.   

Alsharq Alawsat” (Səudiyyə Ərəbistanı – İngiltərə): İraq nümayişçiləri ikinci dəfə Nəcəf şəhərindəki İran Baş Konsulluğuna od vurdular. 

Vatan” (Küveyt): Şahzadə Uilyam Küveytdə rəsmi səfərdədir. 

Bild.de”: Almaniyada təxminən 1000 əsgərə spirtli içki içdiyi və vəzifəsini yerinə yetirmədiyi üçün intizam cəzası verildi.

Deutsche Welle”: Almaniya siyasətçisi Ursula von der Leyenin sədrliyi ilə yeni Avropa İttifaqı komissiyası rəsmi olaraq işə başladı.

Spiegel.de”: Cənubi Buz dənizində London böyüklüyündə bir buz kütləsi qoparaq dənizə qarışa bilər. 

Le Monde”: Fransa Liviya Sahil Təhlükəsizlik Xidmətinə gəmi verməkdən vaz keçdi.

RBK”: Ukrayna Nazirlər Kabineti Rusiyanın 2 bölgəsini öz ölkəsinə qatmağa hazır olduğunu söylədi.

Regnum” xəbər agentliyi: ABŞ Rusiyaya “Şimal Axını-2” layihəsilə bağlı sanksiya tətbiq edə biləcəyini söylədi.

Lenta.ru”: Rusiyanın Zabaykalye bölgəsində bir avtobusun çaya düşməsi nəticəsində ölənlərin sayı 19 olaraq açıqlandı.

El País” (İspaniya): Madrid İqlim Zirvə Görüşü ölkələrin emisiya nisbətlərini azaltmaq üçün daha radikal ixtisarlar axtarışındadır.

El Universal” (Meksika): Qarşıdurmada 21 adamın ölümündən sonra Meksikadakı narkotik ticarətinin səbəb olduğu zorakılıqlar get-gedə dəhşətli hal alır.

El Mundo” (İspaniya): Zorakılıq və iqtisadi durğunluq prezident López Obradorun ilk vəzifə ildönümünü kölgəyə salır.

 



Әlaqәli Xәbәrlәr