Xarici mətbuat, 26 noyabr 2019

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

1312484
Xarici mətbuat, 26 noyabr 2019

“AZƏRTAC”(Azərbaycan):Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiya Federasiyasına rəsmi səfəri noyabrın 25-də başa çatıb.

“trend.az” (Azərbaycan): Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

 “kaspi.az”(Azərbaycan): Azərbaycan-Rusiya əlaqələrində yeni səhifə

 “Alsharq Alawast” (Səudiyyə Ərəbistanı): Türkiyə: “Pəncə” əməliyyatı çərçivəsində İraqın şimalında 163 terrorçu zərərsizləşdirildi.

“Al-Raya Al-Katariya” (Qətər): Bağdaddakı nümayişlər davam edir. Bəsra şəhərinə gedən yol bağlandı.

 “Alsharq Alawast” (Səudiyyə Ərəbistanı): Beynəlxalq Əfv Təşkilatı: İrandakı nümayişlərdə ən az 143 nəfər həyatını itirdi.

“Zeit.online”: Türkiyə Rusiyadan aldığı hava müdafiə sistemlərini sınaqdan keçirməyə başladı

“WRD”: İlk DEAŞ-lı qadın terrorçu Almaniyaya qayıtdı

“Focus.online”: Almaniya iqtisadiyyatının üzərində qara buludlar

“France 24”: Fransa Xarici İşlər Nazirliyi Meksikada oğurlanan fransız vətəndaşın sərbəst buraxıldığını açıqladı

“Le Parisien: Boris Conson Avropanı zəiflədən yalançı

“Le Figaro”: Evangelist təriqətlərin təhlükəli yayılması

 “El Pais” (İspaniya): Çilidəkı zorakılıq hadisələri ölkədə ruhi xəstəlikləri və silah satışlarını artırdı

“La Jornada” (Meksika): Paytaxt Mexiko şəhərində toplaşan minlərlə adam qadınlara qarşı zorakılığa son qoyulmasını istədi.

“El Tiempo” (Kolumbiya): Keiko Fuijmorinin sərbəst buraxılacağı qərarının Perudakı mənası nədir?

 “Lenta.ru” xəbər saytı: Putin və Zelenski Ukraynaya qaz tədarükünü müzakirə etdi

 “İzvestiya” qəzəti: Rosoboronnexport Türkiyə üçün ikinci “S-400” zenit-raket sistemləri üçün yeni alay tədarük etmə niyyətində olduğunu açıqladı.

 “TASS” xəbər agentliyi: Rusiyanın İngiltərə səfiri rus jurnalistlərə viza verilməməsinə eyni şəkildə cavab veriləcəyini söylədi.



Әlaqәli Xәbәrlәr