Xarici mətbuat, 21 noyabr 2019
Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

“AZƏRTAC” (Azərbaycan): Cari il noyabrın 1-nə olan məlumata görə, Gürcüstanın Azərbaycana 6,874 milyon ABŞ dolları həcmində dövlət borcu var.
“trend.az” (Azərbaycan): Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.
“kaspi.az” (Azərbaycan):Noyabrın 29-da Daşkənddə Mərkəzi Asiya dövlətləri prezidentlərinin ikinci sammiti keçiriləcək.
“Alsharq Alawast (Səudiyyə Ərəbistanı”: Səudiyyə Ərəbistanı kralı: “Ölkəmiz özünümüdafiə gücünə malikdir”
“Al-Raya Al-Katariya” (Qətər): Türkiyə: “368 min suriyalı ölkəsinə qayıtdı”
“VATAN” (Küveyt): ABŞ prezidenti Tramp: “Səudiyyə Ərəbistanında yerləşdiriləcək amerikalı hərbçi sayı təqribən 3 min olacaq”
“DW”: Merkeldən Türkiyəyə qaçqınlar üçün yeni yardım siqnalı
“Frankfurter Allgemeine Zeitung”: Almaniyanın sabiq prezidenti Richard von Weizsakerin oğlu Berlində məruz qaldığı bıçaqlı hücum nəticəsində həyatını itirdi.
“Die Welt”: Hitlerin Avstriyada anadan olduğu bina polis bölməsinə çevriləcək
“El Mundo”: Bezdirici şahidliyə baxmayaraq Respuklikaçılar Trampın ətrafında birləşir.
“Le Temps (İsveçrə): İngiltərə Krallıq ailəsində 90-cı illərə oxşar bir qalmaqal havası hakimdir.
“Le Figaro”: ABŞ Konqresi Pekinə qarşı Honkonqu dəstəkləyən qanunu qəbul etdi.
“El Periodico” (İspaniya): Xalq Partiyasının rəhbəri Pablo Kasado Sancezə İspaniyanın baş naziri Pedro Sancezə hökumət qurulması üçün yardım təklif etdi.
“İnfobae” (Argentina): Xalqın rəyinə görə Meksika Latın Amerikasının ən etibarsız ikinci ölkəsidir.
“Telesur” (Venesuela): Boliviyada Senkatadakı polis basqınında ölü sayı 9-a çıxdı.
“TASS” xəbər agentliyi: Ukrayna prezidenti Vladimir Zelenski Kiyevin Rusiyanın təhvil verdiyi Ukrayna donanmasına məxsus üç gəminin vəziyyətini analiz edəcəyini və bütün əskik ünsürlərin qaytarılması üçün Rusiyaya çağırışının olacağını söylədi.
“RİA Novosti”: Rusiyada qatarlar və təyyarələrdə istifadə olunacaq sürətli internet planlaşdırılır.
“RT” saytı: Rusiya Xarici İşlər Nazirliyi estoniyalı siyasətçinin ilhaq edilmiş bölgələri geri qaytarma çağırışına cavab verdi.
Әlaqәli Xәbәrlәr

Xarici mətbuat, 27 avqust 2021
Dünya informasiya vasitələrində gündəmə dair dərc olmuş xəbərlərdən başlıqlar