Xarici mətbuat, 15 noyabr 2019
Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

“AZƏRTAC” (Azərbaycan): Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.
“trend.az” (Azərbaycan): Bu gün Dünya dini liderlərinin II Bakı Sammiti öz işinə başlayır.
“kaspi.az” (Azərbaycan): Bakı-Tbilisi-Qars dəmir yolu açıq dənizə çıxışı olmayan Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzinə çevirəcək.
“Alsharq Alawast (Səudiyyə Ərəbistanı): Misirin vasitəçiliyində İsrail ilə fələstinli qruplar arasında atəşkəs təmin edildi.
“Al-Raya Al-Katariya” (Qətər): İraqlılar nümayiş keçirməkdə davam edirlər və “Təhrir meydanını” tərk etməyi istəmirlər.
“Al-Raya Al-Katariya” (Qətər): Livan: Baş nazir Əl Həriri prezident Bərrinin yeni hökuməti formalaşdırma təklifini qəbul etmədi və Berri ölkənin siyasi boşluğa düşməsi barədə xəbərdarlıq etdi.
“Zeit.online”: Ərdoğan 1 milyon qaçqını Suriyada yerləşdirəcək
“Rbb24.de”: Berlin Brandenburqda Teslanın ilk maşını 2021-ci ildə istehsal ediləcək
“Spiegel.online”: DEAŞ şübhəliləri Almaniyada indilik sərbəst olacaqlar
“El Mundo” (İspaniya): İspaniya Kralı Kubada: “İnsan haqlarına və söz azadlığına hörmət üçün demokratiya şərtdir”
“La Vanguardia”: İspaniyada İşçi Partiyası (PSOE) digər sosialist partiya UP (Unidas Podemos) ilə qurduğu koalisiyanın doğurduğu narahatlığı aradan qaldırmağa cəhd göstərir.
“El Pais” (İspaniya): Morales: “Namizəd olmaq məqsədilə gərginliyi yatızdırmaq üçün Boliviyaya qayıtmağa hazıram”
“TASS” xəbər agentliyi: Avropa Şurasının sədri Donald Tusk Rusiyanın Avropa İttifaqının “strateji tərəfdaşı deyil, strateji problemidir” olduğunu iddia edir
“RİA Novosti”: Tramp və Ərdoğan “S-400"-ün Türkiyəyə göndərilmə məsələsini həll etməkdə qətiyyətlidirlər.
“İzvestiya: “Ukraynalıların dövlət başçısı Zelensky ilə bağlı məyusluqları artmaqda davam edir.
Әlaqәli Xәbәrlәr

Xarici mətbuat, 27 avqust 2021
Dünya informasiya vasitələrində gündəmə dair dərc olmuş xəbərlərdən başlıqlar