Xarici mətbuat, 7 noyabr 2019

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları

1301850
Xarici mətbuat, 7 noyabr 2019

“AZƏRTAC” (Azərbaycan): Çinin Sian şəhərindən yola düşən və Bakı-Tbilisi-Qars dəmir yolu ilə Ankaraya çatan “China Railway Express” yük qatarının noyabrın 6-da təntənəli şəkildə qarşılanma və buradan Avropaya yola salınma mərasimi keçirilib.

“trend.az” (Azərbaycan): Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.

 “kaspi.az” (Azərbaycan): ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın Xarici və Avropa İşləri Naziri Miroslav Layçak və ATƏT-in Minsk Qrupunun həmsədrləri Bratislavada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivlərini müzakirə ediblər.

“Alsharq Alawast”(Səudiyyə Ərəbistanı-ingilis dilində): İsrailli səlahiyyətlilərdən birinin məlumatına görə, Suriyada bəzi bölgələri işğal edən terror təşkilatı YPG/PKK baş nazir Binyamin Netanyahunun yardım təklifini qəbul etdiyini bildirdi.

“Al-Raya Al-Katariya”(Qətər)”: Bağdadda körpü müharibəsi (körpüdə atışma) və Bəsra ilə Kərbəlada xeyli sayda adam həyatını itirdi.

 “Vatan” (Omman): Küveyt Körfəz Əməkdaşlıq Şurası baş katib vəzifəsinə maliyyə nazirini namizəd göstərdi.

“Welt.de” (Almaniya):  “Almaniya hökuməti satış mərkəzləri marketlərdə plastik torbadan istifadəni qadağan edir”

“Deutsche Welle”: “Ərdoğan qərara gəldi, ABŞ gedəcək”

“Tagesschau.de”: “48 saatlıq tətil qərarı-Alman Hava Yolları “Lufthansa” cümə axşamı və cümə günləri üçün 1300 reysi təxirə saldı”

 “El Mundo” (İspaniya): Ərdoğan Bağdadinin həyat yoldaşlarından birinin Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən yaxalandığını açıqladı.

 “Telesur” (Venesuela): 8 körpənin öldürülməsindən sonra Kolumbiyanın müdafiə naziri istefa verdi.

“El Pais” (İspaniya): “Brüssel İspaniya üçün cari ilin böyümə proqnozunu 1,9 faizə düşürəcək”

“Le Figaro” (Fransa): “Fransada sement fabriki “Lafarge”nin Suriyadakı fəaliyyətlərinə dair istintaqların etibarlı olması mövzusunda məhkəmə bugün qərar verəcək”

“Le Mond” (Fransa): “Parisin şimal-şərqində qaçqınların olduğu iki bölgə boşaldılır”

 “Le Parisien” (Fransa): “Uşaqlara qarşı zorakılıq edən keşişlərin qurbanlarına maddi təzminat veriləcəyi nəzərdə tutulub”

“Obzar.press” (Rusiya): “Kremlin Putinin Braziliya prezidentilə görüşə biləcəyini açıqladı”

“Gazetem.ru”: “Putin Rusiyanın silah sistemlərinin vəzifəsini şərh etdi”

“TürkRus” xəbər saytı: “NASA”nın kosmos gəmisi Rusiyadan”



Әlaqәli Xәbәrlәr