Xarici mətbuat, 25 oktyabr 2019

Xarici mətbuat və yayım orqanlarında Türkiyə və dünya gündəminə dair əks edən bəzi mövzuların başlıqları:

1294587
Xarici mətbuat, 25 oktyabr 2019

Bild.de: Ölüm maşını ilə bağlı cavabsız suallar. Cəsədlər nə üçün Limanda tədqiq edilir. Polisin, Böyük Britaniyada Essex şəhərində yük maşınında 39 cəsədin tapıldığına dair başlatdığı istintaq davam edir.

Deutsche Welle: Türkiyə Respublikası Mərkəzi Bankı uçot dərəcəsini endirdi.

Süddeutsche Zeitung: ABŞ neft ehtiyatlarının qorunması və təhlükəsizliyinin təmini üçün əsgər göndərəcək. ABŞ Müdafiə Nazirliyi Pentaqon bu barədə məlumat yayıb.

Əl Raya (Qətər): Qətər ilə Türkiyə arasında çotərəfli strateji tərəfdaşlıq

Əll Qüds Əl Al Arabi, Wall Street Journala istinad etdiyi xəbərində: Ərdoğan Suriyada istədiyini əldə etdi.

Əl-Cəzirə (Qətər): NATO Suriyanın şimalına qoşun yeritmək istərkən, prezident Ərdoğan da Avropa İttifaqını miqrant problemi ilə xəbərdarlıq edir.

İzvestiya qəzeti: Kiyevə görə Rusiya təbii qaz xətti Ukrayna ərazisindən keçməlidir.

Gazeta.ru: Rusiya hərbi polisinin Suriyaya yeridildiyinə dair görüntülər yayıldı,

Lenta.ru: Qarışıq döyüşçü Conor McGregor Moskvadakı otelinin qarşısında toplaşan Dağıstanlı kütlənin reaksiyasına məruz qaldı.

Əl Pais: (İspaniya) diktator Frankonun qəbiri açıldıqdan sonra, El Valle de los Caidos abidə məzarının gələcəyi ilə bağlı qeyri-müəyyənli davam edir.

El Mundo: (İspaniya) BMT İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Bachelet Çilidə davam edən etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələrin gücdən istifadə etdiklərinə dair iddialar ilə bağlı araşdırmalar aparması məqsədiylə ölkəyə heyət göndərir.

Telesur: (Venesuela) Boliviya Prezidenti Evo Morales: "Xalq demokratiya üçün hərəkətə keçdi".

Le Monde: İngiltərənin Baş naziri Boris Johnson Brexit (Avropa İttifaqından çıxmaq) problemini aradan qaldırabilmək üçün seçki məsələsini irəli sürdü.

Le Parisien: Fransanın La Reunion adası, prezident Emmanuel Makronın ziyarətinin ikinci günündə şiddətli qarşıdurmalara səhnə oldu.

Le Parisien: Regionlararası qatar qəzaya uğrayıb. SNCF (Fransa Dövlət Dəmir Yolları şirkəti) qəza halında xəbərdarlıq zəncirini gücləndirəcək.



Әlaqәli Xәbәrlәr