Xarici mətbuat, 9 oktyabr 2019
“Alsharq Alawsat”, “Al-Raya Al-Katariya”, “Al-Mustakbal”, “El País”, “El Financiero”, “İnfobae”, “France 24”, “Le Parisien”, “DW”, “N-tv”, “Reuters”, “Rossiyskaya qazeta”, “RİA novosti”, “İzvestiya” qəzeti bu gün nələrdən yazır?

“Alsharq Alawsat” (Səudiyyə Ərəbistanı – İngiltərə): Bağdad hökumətiylə fəallar İraqdakı nümayişləri təxirəsalma ilə bağlı razılaşdılar.
“Al-Raya Al-Katariya” (Qətər): Türkiyə: “Suriyada hərbi əməliyyatların təşkili ilə bağlı hazırlıqlar tamamlandı”.
“Al-Mustakbal” (Livan): Rəsmi Ankara: "Məsələ təhlükəsizliyimizsə, öz yolumuzu və sərhədlərimizi biz çəkərik."
“El País” (İspaniya): İspaniya Xarici İşlər Nazirliyi Kataloniya muxtar bölgəsinin rəhbəri Quim Torranı İspaniyadan ayrılmaq üçün elçilik şəbəkəsi meydana gətirməklə günahlandırır.
“El Financiero” (Meksika): Hökumət əleyhinə nümayişlərin sürdüyü Ekvadorda dövlət idarələrinin yerləşdiyi bölgələrdə küçəyəçıxma qadağan edildi.
“İnfobae” (Argentina): Amerika Birləşmiş Ştatları hökuməti Venesuelada özünü müvəqqəti dövlət başçısı elan edən Xuan Quadioya (Juan Guaido) 98 milyon dollar əlavə kömək üçün pul ayırdı.
“France 24”: Kənd təsərrüfatı Fransanın çöküş hekayəsidir.
“Le Parisien”: Səhv bəslənmə meylləri narahatlıq verir.
“DW”: Almaniyadan yeni sığınmaçı axını xəbərdarlığı.
“N-tv”: Respublikaçılar Trampın Suriya siyasətini tənqid edir.
“Reuters”: Quterreş: "Maddi vəziyyətlə əlaqədar noyabr ayında BMT-nin işçilərinə maaş ödəyə bilməyəcəyik".
“Rossiyskaya qazeta”: Dünya Bankı Rusiyanın iqtisadi inkişafını aşağı göstərdi.
“RİA novosti”: Gürcüstanın Rusiya ilə uçuş qadağanından qaynaqlanan zərəri hesabladı: 113 milyon dollar.
“İzvestiya” qəzeti: “New York Times” Rusiya kəşfiyyat təşkilatında xüsusi olaraq Avropanı sabitliksizləşdirmə məqsədiylə qurulmuş gizli qurumu üzə çıxardığını yazdı.