Xarici mətbuat, 8 oktyabr 2019

Dünya mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin başlıqları.

1283820
Xarici mətbuat, 8 oktyabr 2019

“AZƏRTAC” (Azərbaycan): “Türkiyənin Suriya sərhədi boyunca təhlükəsiz bölgənin qurulması mühüm əhəmiyyət daşıyır”

“trend.az” (Azərbaycan): Azərbaycan, Türkiyə və Rusiya siyasət və iqtisadiyyatın müxtəlif sahələrində üçtərəfli əməkdaşlığın inkişafı üçün ciddi potensiala malikdir.

 “Alsharq Alawast”(Səudiyyə Ərəbistanı-ingilis dilində): ABŞ Ankaraya yaşıl işıq yandırır və Rusiya rəsmi Ankaranın Suriyada Fərat çayının şərqində terror təşkilatı PKK-ya qarşı əməliyyatın başlanmasına anlayışla yanaşır.

“Al-Raya Al Katariya” (Qətər): Prezidert Rəcəb Tayyib Ərdoğan: ABŞ qüvvələri Suriyanın şimalından çəkilməyə başladı.

“Al-Mustakbal” (Livan): Rəsmi Ankara: Fərat şərqində hər an əməliyyat başlada bilər.

 “El Comercio” (İspaniya): Bir ingilis jurnalının araşdırmasına görə, Peru səyahət üçün dünyanın ən yaxşı ölkələri sırasında yer alıb.

“Telesur” (Venesuela): Venesuela prezidenti Nikolas Maduro ölkəsinə qarşı yeni bir zorakılıq planı barədə xəbərdarlıq etdi.

“El Pais” (İspaniya):  İspaniya Suriyada sıxışıb qalan ispanları ölkəsinə qəbul edəcək.

“Le Temps” (İsveçrə): Donald Tramp Suriya sərhədi mövzusunda geri addım atır.

“Le Figaro” (Fransa): Suriya: ABŞ əsgərlərinin çəkilməsi gündəmdə yoxdur, əsgərlər ölkə daxilindən yenidən yerləşdiriləcək.

 “Le Parisien” (Fransa): İstehlakçı cəmiyyət. (Fransada) orta təbəqə özünü yadlaşdırılmış hiss edir.

“Bild.de” : “Xəbərdarlıq-Hesabat”: Avropadakı bankların yarısı Avropa Mərkəzi Bankının “stres-testini” keçə bilmədi.

“Tagesschau.de”:  Məhv olma üsyanı “Extinction Rebellion” adıyla bir araya gələn iqlim fəalları qlobal miqyaslı nümayişlərinə dünən start verdilər. Berlindəki əhəmiyyətli qovşaqları işğal edən fəallar bir həftə müddətində yol hərəkətini ləngitməyə davam edəcəklər.

 “DW”:  Almaniyanın silah ixracında bu il ərzində keçən illə müqayisədə artım qeydə alındı. Silah satılan ölkələr arasında Yəməndəki müharibədə iştirak edən Misir və Birləşmiş Ərəb Əmirliklərinin olması diqqətləri cəlb edir.

“RİA Novosti” xəbər agentliyi (Rusiya): ATƏT-in nümayəndəsi Martin Sajdik Avstriyada keçirilən bir beynəlxalq forumda Krımın Ukraynadan əvvəl Rusiyaya aid olduğunu xatırlatdı.

“Lenta.ru” xəbər saytı: BMT-nin iki komitəsi rusiyalı deputatların viza problemlərinə görə fəaliyyətlərinə fasilə verdi.

 “Rossiyskaya Gazeta” qəzeti (Rusiya): ABŞ-ın Los Angceles şəhərində xüsusi bir təyyarənin pilotu havada #vvp67 haştaqını yazaraq Putinin 67-ci ad gününü qeyd etdi.



Әlaqәli Xәbәrlәr