Xarici mətbuat, 27 sentyabr 2019

“N-tv.de”, “Deutsche Welle”, “Süddeutsche.de”, “El Pas”, “İnfobea”, “Le Monde”, “Le Figaro”, “Le Di”, TASS, RT, “Gazetem.ru”, “Al-Shark Al-Awsat”, “Al-Quda Al-Arabi”, “Addustour” bu gün nələrdən yazır?

1277533
Xarici mətbuat, 27 sentyabr 2019

 

 “N-tv.de”: Almaniyanın avtomobil nəhəngi “Volkswagen” Türkiyədə fabrik qurur. Məhsullar zavoddan Şərqi Avropa ölkələrinə ixrac ediləcək.

Deutsche Welle”: Ruhanidən ABŞ-a "təzyiq siyasətinə son ver" çağırışı.

  İran prezidenti Həsən Ruhani ABŞ-a "maksimum təzyiq" siyasətinə son verməyə və sanksiyaları qaldırmağa çağırıb. Ancaq iki ölkə arasındakı gərginlik artmaqdadır.

Süddeutsche.de”: Almaniyanın keçmiş xarici işlər naziri Siqmar Qabriel deputatlıqdan istefa verəcəyini açıqladı.

El Pas” (İspaniya): İspaniya Tomas Kukun (Thomas Cook) iflasın əmək məşğulluğu üzərindəki təsirini azaltmaq üçün Avropa İttifaqı (Aİ) fondundan yararlanmaq etmək istəyir.

La Prensa” (Nikaraqua): Nikaraquanın bir məktəbində əl qumbarası partladıldı, ölənlər yoxdur.

İnfobea” (Argentina): Beynəlxalq Valyuta Fondu (İNF) Argentinaya dəstəyini təsdiq edib, ancaq sürətli çıxış yolunun çətin olduğunu bildirib.

Le Monde”: Jak Şirakın (Jacques Chirac) ölümündən sonra bir duyğusallıq başlanıb.

Le Figaro”: Jak Şirakın ölümüylə bağlı sentyabrın 30-da 1 günlük milli matəm elan edilib.

Le Di” (İsveçrə): Ağ Ev Ukrayna qovluğunun üstünü örtməyə çalışıb.

TASS xəbər agentliyi: Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Mayk Pompeo görüşə sanksiya və viza ilə bağlı məsələlərlə başlayacaq.

RT xəbər saytı: Rusiyada eyvanlarda siqaret çəkilməsi qadağan olundu.

Gazetem.ru”: Rusiya və Gürcüstan hökumətləri 11 ildən sonra ilk dəfə bir araya gəldi.

Al-Shark Al-Awsat”: ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Səudiyyə Ərəbistanına “Patriot” raketləri və radar sistemləri yerləşdirəcəyini açıqladı.

Al-Quda Al-Arabi”: Həbs və təhdidlərə baxmayaraq, Misirdə bu gün mitinqlərin təkrarlanması gözlənilir.

Addustour”: Türkiyə-Pakistan-Malayziya İslamofobiyaya qarşı ortaq televkanalı quracaqlar.



Әlaqәli Xәbәrlәr