Xarici mətbuat, 10 sentyabr 2019”

Bu gün dünya mətbuatında dərc olunan bəzi xəbərlərin başlıqları.

1266641
Xarici mətbuat,  10 sentyabr 2019”

"Alquds Alarabi": "İsrail ordusu Qəzzada ona aid pilotsuz uçan aparatın (PUA) düştüğünü təsdiqlədi"
 
 "Alquds Alarabi" : "Amerika Birləşmiş Ştatlarının prezidenti  Donald Tramp: "İran prezidenti Həsən Ruhani ilə görüşməkdə heç bir problemim yoxdur".
 
 "Alsharq Alawsat": "İsrail baş naziri Binyamin Netanyahu: "İranın nüvə silahı yaratmaq üçün başqa bir gizli bölgəsi var".
 
 DW: "Honq Konq aktivisti Coşua Vong Berlindədir".
 
 Zdf.De: "Mixael Şumaxer Parisdə müalicəyə başladı".
 
 Focus.De: "Düsseldorfda xəstəxanada yanğın - bir xəstə öldü, 70-dən çox insan yaralandı"
  
 Qazeta.Ru: "Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ Müdafiə Nazirliyinin (Pentaqon):  "Rusiya normal bir ölkə olmalıdır" sözlərinə reaksiya göstərdi. Lavrov: "Bunun üçün nümunə götürüləcək ölkə ABŞ deyil".
 

AZƏRTAC: “Cek Ma “Alibaba” kompaniyasının rəhbəri postunu tərk edib”

 Trend İnformasiya Agentliyi: "Çin və ABŞ arasında ticarət-iqtisadi danışıqlar davam edir"

Kaspi.az "Seul və Pxenyan arasında yenidən gərginlik"

 TASS: "Rusiyada ümumi işsizlik nisbəti iyun ayında tarixin ən aşağı səviyyəsinə düşdü"
 
 "İzvestiya": "2030-cu ilədək 20 milyondan çox rus robotlara görə işini itirə bilər"
  
 "Infobae" Argentina: "Venesuelalı siyasətçi Xuan Quaydonun nümayəndə heyəti beynəlxalq hərbi yardım istəyə bilmək üçün  Amerikan Dövlətləri Təşkilatından TIAR (Amerikalar arası Qarşılıqlı Yardımlaşma Müqaviləsi) müqaviləsini aktivləşdirməyi tələb edəcək".
 
"El Pais", İspaniya: "Ekvator venesuelalılara başqa bir ölkəyə aid vizaları varsa, tranzit keçid üçün icazə verməyi düşünür".
 
 "La Vanguardia", İspaniya:" İspaniyada yeni bir seçklərin qarşısını almaq üçün, PSOE və Podemos partiyaları təzyiqlər nəticəsində bu gün yenidən danışıqlara başlayacaq".
   
 "Le Monde": "Fransa əfqanların deportasiya edilməsini sürətləndirmək istəyir"
 
 "Le Soir": "Hollandiyada ölümlərə səbəb olan silahlı təcavüzün günahkarının polis olduğu iddia edilir"
 
 "Le Fiqaro": "İngiltərə baş naziri Boris Conson  tək olsa da, "Brexit" (İngiltərənin Avropa Birliyindən  çıxışı) məsələsində hələ də israr edir".



Әlaqәli Xәbәrlәr