Xarici Mətbuat 16.07.2019

Xarici mətbuat və veriliş orqanlarında Türkiyə və dünya gündəminə dair əks edən başlıqlar.

1236548
Xarici Mətbuat 16.07.2019

Əl-Hayat (Livan): İsrail Qəzza ilə olan sərhəddə yeni radar sistemləri yerləşdirir.

Əl-şərq Əl-avsat (Səudiyyə-İngilis): Fransa vətəndaşı İranlı akademik Tehranda saxlandı.

Əl-Raya Əl-Qatariya (Qətər): İraq bütün ölkələrdən tələb edib ki, DEAŞ mənsubu uşaqlar təhvil verilsin.

Focus.online: Almaniya 2019-da Türkiyəyə 180 milyon Avroluq silah satdı

Zeit.online: Maliyyə təsərrufu Almaniyada rekord səviyyəyə çatdı. Faiz nisbətinin az olmasına baxmayaraq vətəndaşların əmanət hesablarındakı  pul miqdarında artım qeydə alınıb.

Die Welt: Müdafiə naziri Ursula von der Leyen istefasını açıqladı.

"Izvestiya" qəzeti: Alman mətbuatı bildirib ki, Rusiya Avropaya "gözlənilməz hücum" hazırlayır.

Lenta.ru xəbər saytı: ABŞ-ın düşüncə quruluşu Stratfora görə Rusiyanın S-400 hava hücumuna qarşı müdafiə sistemləri sıx bombardman qarşısında müqavimət göstərəbilməyəcək.

Ria Novosti Agentliyi: Reuters-in məlumatına görə, ABŞ, Rusiya ilə Çinin tərəf olacağı üçtərəfli nüvə razılaşmasını müzakirə etmək istəyir.

Le Soir (Belçika): NATO hesabatına görə Belçika nüvə silaha sahibdir.

Le Fiqaro (Fransa): Avropa ABŞ-İran böhranına həll yolu tapmaqda çətinlik çəkir

Libération (Fransa): Hava çirkliliyinin insan həyatına təsiri məlum olandan daha çoxdur.

El Pais (İspaniya): Vaşinqton İran bayraqlı nəhəng neft tankeri Grace 1-i ələ keçirmək üçün planlaşdırdığı əməliyyatda Britaniya ilə əməkdaşlıq etdi.

El Universo (Ekvador): Juan Quaidonun heyəti, Barbadosda Nicolas Maduro rejimiylə dialoqun yollarını yenidən axtarmağa başlayıb.

El Mundo (İspaniya): Pedro Sanchez seçkilərin təkrarlanması ilə ortaya çıxacaq nəticənin məsuliyyətini öhdisinə götürmək istəmir.



Әlaqәli Xәbәrlәr