Xarici mətbuat

Xarici mətbuatda bugün( 10.06.2019) yazılanlar

1215540
Xarici mətbuat

Deutsche Welle: Kölndə, Türklərin sıx yaşadığı Keup xiyabanında evlərin poçt qutularına müsəlmanların təhdid edildikləri yazılar ehtiva edən bülletenlər qoyulub.

N-TV.de: Xristian Demokratlar (CDU) ciddi çətinliklərlə qarşılaşırlar.

Weser-Kurier: Almaniyada xalq arasında təklik hər ötən gün artır.

La Vanguardia (İspaniya): Ali Məhkəmə, Kataloniyanın müstəqilliyinə dair xalq referendumu səbəbiylə tutulanların məhkəmə iclasının tarixinə qədər həbsdə qalmalarını istəyir.

Əl-Universal (Meksika): Meksika və Aİ arasındakı ticarət razılaşması imzalandıqdan sonra ABŞ dolları ucuzladı.

ABC (qəzet - İspaniya): Rafael Nadal çempion.

Əl-qüds əl-ərəbi: Yəmən Baş nazirinin Birləşmiş Ərəb Əmirliklərinə Sabaha planlaşdırılan səfəri Prezident Hadinin qənrarından asılıdır. Qəzetin başqa bir xəbərində, Qətər Xarici İşlər Nazirinin: "Biz Fələstinlilərin Yaxın Şərqdə qəbul etdikləri hər cür sülh planına dəstək verməkdə hazırıq” sözləri diqqət çəkir.

Əl-ahram: Sudanlı nümayişçilər ölkənin  idarəsi  mülki hökumətə təhvil verilənə dək aksiyaların davam etməsini istəyirlər.

Le Figaro (Fransa): ABŞ-ın İsrail səfiri İsrailin ilhaq hüququnu müdafiə edib.

Le Soir (Belçika): Miguel fırtınası Fransada təxminən 15.000 evin elektriksiz qalmasına gətirib çıxardı.

Le Temps (İsveçrə): Böyük Britaniyanın dövlət katibi hesab edir ki, Avropa ilə yenidən danışıqlar başlaya bilər.

Rusiyada "Vedomosti", "Kommersant" və "RBK" adı ilə bilinə mətbuat orqanları, jurnalist İvan Qolunovun narkotik qaçaqmalçılığı iddiasına görə tutulmasına dair birgə bəyanat yayıb. Bəyanatda İvan Qolunovun tutulmasına dair iddiaların etibarlı olmadığına diqqət çəkilib.

Rus İzvestiya qəzeti: Dünya Bankı Rusiya iqtisadiyyatı ilə bağlı riskləri açıqladı.

Rusiya TASS agentliyi: Qazaxıstanda keçirilən prezident seçkilərinin qalibi Qasım Cömərt Tokayev oldu. O, 70.76 faiz səs topladı.



Әlaqәli Xәbәrlәr