Xarici mətbuat, 23 may 2019
“Süddeutsche Zeitung”, “Welt”, “Deutsche Welle”, “Alsharq Alawsat”, “Al-Raya Al-Katarıya”, “Al-Hayat”, “El Mundo”, “La Tercera”, “Clarin”, “Le Figaro”, “Le Soir”, “Le Temps”, TASS, Lenta.ru, RİA Novosti nələrdən yazır.
“Süddeutsche Zeitung” (SZ): Almaniyada elektrikli samokatlara (scooter) yaşıl işıq yanır.
“Welt”: Az qala bütün Avropada enerjinin qiymətləri artır.
“Deutsche Welle” (DW) : Almaniyada ibtidai təhsildə çadra qadağası müzakirələri sürməkdədir.
“Alsharq Alawsat” (Səudiyyə Ərəbistanı – İngiltərə): Trampun nümayəndəsi Ceyson Qrinblatt (Jason Greenblatt) ‘'Fələstin xalqını xəyal qırıqlığına uğratdı‘' deyən “UNRWA”nın (BMT Yaxın Şərq Fələstin Mühacirlərinə Kömək Agentliyi) ləğv edilməsi üçün çağırış etdi.
“Al-Raya Al-Katarıya” (Qətər): “Qida vəsaiti almaq üçün 60 milyon dollara ehtiyacımız var”, BMT Yaxın Şərq Fələstin Mühacirlərinə Kömək Agentliyi
“Al-Hayat” (Livan): İordaniya kralı II Abdullah Birləşmiş Ərəb Əmrliklərinə getdi.
“El Mundo” (İspaniya): 1994-cü ildə ABŞ-ın Florida ştatında 3 adamı öldürən ispan Pablo İbar ömürlük həbs cəzasına məhkum edildi və edamdan qurtuldu.
“La Tercera” (Çili): Çili Daxili İşlər Nazirliyi narkotik mafiyası üzvlərinin cənazə mərasimlərinə Milli Polis Qüvvələrini (Carabineros) göndərəcək.
“Clarin” (Argentina): Səs qeydləri futbolçu Emiliano Salanın təyyarə qəzasında ölmədən əvvəl “Cardiff Citi”yə getməyə istəkli olmadığını ortaya çıxardı.
“Le Figaro” (Fransa): Norveç Maduro ilə Quaido arasında ərəbiliçiliyə girişir.
“Le Soir” (Belçika): Brexit iddialarına baxmayaraq, Tereza Mey hələ ki vəzifəsindən imtina etmək istəmir.
“Le Temps” (İsveçrə): Trampun vergi bəyannamələrinin ictimaiyyətə açıq olması üçün Nyu-Yorkda qanun qəbul edildi.
TASS: NATO bildirib: “Rusiya Ukraynalı dənizçilərini buraxmalı və Krımı tərk etməlidir.
Lenta.ru: Ukrayna parlamenti Rada Zelenskinin seçki qanunu dəyişikliyi təklifini rədd etdi.
RİA Novosti: Krım NATO-nun Rusiya hərbi qüvvələrinin Krımdan çəkilməsi çağırışına cavab verdi: Krım millət vəkili NATO-nun tələblərinin “yersiz” olduğunu söylədi.
Әlaqәli Xәbәrlәr
Xarici mətbuat, 27 avqust 2021
Dünya informasiya vasitələrində gündəmə dair dərc olmuş xəbərlərdən başlıqlar