Xarici mәtbuat 12.04.2019

Dünya mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin başlıqları.

1182035
Xarici mәtbuat 12.04.2019

 

Dünya mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin başlıqları.

 

Azәrtac (Azәrbaycan): Prezident İlham Əliyev Rusiya Federal Məclisi Federasiya Şurasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

Trend informasiya agentliyi (Azәrbaycan): Belçikada poçt göyərçini rekord qiymətə - 1,2 milyon avroya satılıb.

Kaspi.az (Azәrbaycan): Prezident İlham Əliyev Valentina Matviyenkonun "Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

 

Alsharq Alawsat (Səudiyyə Әrәbistanı-Amerika): Sudanın  müdafiə naziri "Hərbi Keçid Şurasının sədri" olaraq  and içdi.

 Al-Raya Al-Katariya (Qətər): Trumpın Misir dövlət başçısı әl-Sissiyә verdiyi dәstәk vәziyyәtin daha  da mürəkkəblәşmәsinә  səbəb oldu.

Әl-Cezirә (Sәudiyyә Әrәbistanı):  Sәudiyyә Әrәbistanı  reyslәr bәrpa olunana qәdәr  Ümrə ziyarәti üçün ölkәyә  gələn sudanlıları  qonaq etmәk ilә bağlı qәrar qәbul edib.

La Tercera (Çili): Ekvadorun keçmiş dövlәt başçısı  Rafael Korrea: "Ekvador və Latın Amerikası  tarixinin ən böyük vətən xaini sənsən"

La Nacion  (Argentina): Culian Assanjın Ekvador səfirliyinə sığınması bu ölkəyə təxminən 6 milyon dollara başa gәlib.

El Mundo (İspaniya): İspanların üçdə bir hissәsi  ‘‘Brexit’’in İspaniya iqtisadiyyatına mәnfi tәshir göstәrmәsindә  qorxur.

 DW: Müdafiə sənayesi - Səudiyyə Ərəbistanına silah tәdarük etmәyә davam edәcәyik.

Handelsblatt: Yeni VW-fabriki: Bolqarıstan və Türkiyənin şansları yüksəkdir.

Kurier (Avstriya): Rusiya silah sistemləri mәsәlәsindә  Türkiyə ilə əməkdaşlıq etmək istəyir.

France 24: Sudanda etirazçılar küçəlәrә axışıb.

Le Parisien: Elektrik enerjisi  qiymətləri: İki qurum  artan  elektrik enerjisi qiymәtlәrinin lәğv edilmәsi  ilә bağlı Emmanuel Makrona mәktub ünvanladı.

Le Fiqaro: Böyük müzakirə: Baş nazir Edvard  Filip fransızları qane edә bilmir.

Lenta.ru xәbәr saytı: Avstraliya  Londonda həbs olunan Wikileaksin qurucusu Culian Assanja dәstәk olmayacaq.

İzvestiya qәzeti:  ABŞ-da  Rusiya ilə münasibətlərin yenidәn nəzərdən keçirilməsi ilә bağlı çağırış edilib.

TASS informasiya agentliyi:  Rusiya ‘‘Poseydon’’ adlı ilk pilotsuz sualtı gəmisini aprelin 23-dә  suya endirilәcәk.



Әlaqәli Xәbәrlәr