Xarici mətbuat, 10 aprel 2019
Xarici mətbuat 11 apreldə nələrdən yazır?

“Alsharq Alawsat” (Səudiyyə Ərəbistanı – İngiltərə): Fələstin İsrailin seçki nəticələrini tənqid etdi və bunu "Sülhü rədd etmək" kimi səciyyələndirdi.
“Al-Raya Al-Katariya” (Qətər): Rəsmi Vaşinqton Rusiyadan döyüş təyyarələri alarsa, sanksiyalar tətbiq edəcəyi barədə Qahirəni təhdid etdi.
“Al Hayat” (Livan): Misir prezidenti ilə Tramp arasında Yaxın Şərqdəki proseslərin müzakirəsi olub.
“T-online” (xəbər portalı): Ərdoğan Rusiya ilə silah müqaviləsi məsələsində təzyiq qəbul etmir.
“Stern” (jurnal): Tereza Mey Almaniya kansleri Merkeldən dəstək istəyir.
“Le Monde” (Fransa): 2018-ci ildə Fransaya rekord sayda turist gəlib.
“Le Parisien” (Fransa): Buzlaqların əriməsi dəniz səviyyəsini daha sürətlə yüksəldir.
“Le Temps” (İsveçrə): Çindən başqa dünyanın hər yerində edamlar azalır.
“Telesur” (Venesuela): Evo əməkdaşlıq əlaqələrini möhkəmləndirmək üçün Türkiyəyə gedib.
“El Comercio” (İspaniya): Yeni elektrik kəsintisi Venesuelada paytaxt Karakas və bir çox əyaləti işıqsız qoydu.
“Opinion” (Boliviya): Evo Morales Türkiyədə səfirlik açacaqlarını bildirdi və 500 milyon dollarlıq iş görməyi planlaşdırır.
“TASS” (Rusiya): ABŞ dövlət katibi Mayk Pompeo Colan təpələri və Krım yarımadası məsələlərinin bir-birindən çox fərqli olduğunu dedi.
"Kommersant” (Rusiya): Hindistan Rusiyadan bir neçə yüz T-90 tankı daha ala bilər.
"RİA Novosti” (Rusiya): "Kasperski Orta Şərqdə bir siyasi kiber casusluq planını ortaya çıxardı.
Әlaqәli Xәbәrlәr

Xarici mətbuat, 27 avqust 2021
Dünya informasiya vasitələrində gündəmə dair dərc olmuş xəbərlərdən başlıqlar