Xarici mətbuat

Dünya mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin başlıqları.

1166162
Xarici mətbuat

“AZƏRTAC” (Azərbaycan): “Azərbaycan Prezidenti İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalayıb”

“Trend” informasiya agentliyi (Azərbaycan): “Səudiyyəli nazir: “Azərbaycan neft hasilatının azaldılması üzrə OPEC+ sazişinin digər iştirakçı ölkələri üçün nümunədir”

 “azerbaijan-news.az” (Azərbaycan): “Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub”

“Alsharq Alawsat”(Səudiyyə Ərəbistanı, ingiliscə): “Alsharq Alawsat Suriyadakı ələvi camaat ilə sünnilər arasında Berlində keçirilən  gizli dialoqun siirlərini ortaya çıxardı”

“Ahbar Al-Khalij” (Bəhreyn): “Yəmən müdafiə nazirinin müavini Misirdə baş verən yol qəzasında dünyasını dəyişdi”

Al-Raya Al-Katariya (Qətər): “Səudiyyə Ərəbistanının vəliəhdi Bin Salman müxalifətin qarşısını almaq üçün sürətli müdaxilə komandası qurdu”

“ARD” Almaniya: “BMT-nin su hesabatı: Hər damla su üçün mübarizə aparılır”

 “DW” (Almaniya): “Tərəqqi yardımı- yoxsulluğa qarşı daha çox sərmayə qoyulmasına çağırışlar artmaqda davam edir”

“Frankfurter Allgemeine” (Almaniya): “Sistemli rəqib: Avropa İttifaqı Çinə qarşı fərqli siyasət düşünür”

“France 24” (Fransa) : “Hollandiyada silahlı hücumda şübhəli bilinən şəxs saxlanıldı”

“Le Parisien” (Fransa): “Sarı jilətlilər: Zorakılığa qarşı görülən tədbirlərdən nəticə əldə ediləcəkmi?”

“France 24” : “Yeni Zelandiya: Baş nazir Kristçörç şəhərindəki hücumu həyata keçirən terrorçunun adını heç vaxt dilə gətirməyəcək”

“El Pais” (İspaniya): “İspaniya iqtisadiyyatı yavaşlamağa qarşı durur və avro bölgəsilə müqayisədə inkişafını artırır.”

“Telesur” (Venesuela): “Venesuela ABŞ hökumətinin Venesuelaya məxsus diplomatik missiyaları müxalifətin istifadəsinə verməsinə sərt reaksiya göstərdi.”

“Prensa Latina”: “Beynəlxalq Cubagua Konqresi 2019 bu gün Kubanın paytaxtı Havanada başlayır, gündəmin əsas mövzuları iqlim dəyişikliyi və dünyadaki suyun istifadəsidir.”

“Ria Novosti” (rus xəbər agentliyi): “Rusiyanın Müdafiə Nazirliyi yeni raket gəmisi “Borey”in sınaq videosunu yaydı.”

“Lenta.ru”(rus xəbər saytı): “Rusiya Krımda Avropanın hər nöqtəsini vura biləcək silahlar yerləşdirdi.”

“İzvestiya” qəzeti (Rusiya): “ Rusiyanın bəzi günlərində apreldə havanın temperaturu -30 dərəcəyədək düşəcək.”



Әlaqәli Xәbәrlәr