Xarici mәtbuat 26.02.2019

Dünya mətbuatında bu gün əks olunan bəzi xəbərlərin başlıqları.

1152515
Xarici mәtbuat 26.02.2019

Azәrtac (Azәrbaycan): Azərbaycanın xarici işlər naziri BMT-nin İnsan Hüquqları Şurasının 40-cı sessiyasında iştirak edəcək.

 

Trend informasiya agentliyi (Azәrbaycan): Prezident İlham Әliyev vә  birinci xanım Mehriban Әliyeva Xocalı soyqırımının ildönümü ilә әlaqәdar ümumxalq yürüşündә iştirak ediblәr.

 

Kaspi.az (Azәrbaycan): Xocalı soyqırımı Türkiyә mediasının gündәmindәdir.

 

Alsharq Alawsat (Səudiyyə-Amerika): Suriya lideri Bəşşar Əsəd  İran prezidenti Hәsәn Ruhani ilә Tehranda görüşüb.

 

Әl Həyat (Livan): İran prezidenti  Hәsәn Ruhani İnqilab Keşikçilәri Korpusunun  iqtisadiyyata müdaxilə etməsini pisləyib.

 

Ahbar  Әl-Khalij (Bəhreyn): İranın Xarici İşlәr naziri Cavad Zәrif  istefa verәcәyini açıqlayıb. Bu barәdә o,  şәxsi ‘‘İnstagram’’ sәhifәsindә yazıb.

 

Spiegel Online: Türkiyəyә hәr ötәn gün daha çox Almaniya vәtәndaşı sәfәr edir.

 

ARD: Irana təbrik ünvanlanıb - Almaniya prezidenti Steinmeier özünü müdafiə edir.

 

Bild qəzeti: Polis Bilel Ben Ammarla bağlı apardığı istintaq nәticәsindә yeni dәlillәr әldә edib.

 

Əl Comercio (Peru): Birləşmiş Millətlər Tәşkilatının Təhlükəsizlik Şurası bu gün Venesuela ilә bağlı iclas keçirәcәk.

 

Todo Noticias (Argentina): Hәrbi müdaxilәyә qarşı olduğunu  bildirәn Lima Qrupu  Nicols Maduroya qarşı iqtisadi sanksiyaları iki dəfə artırmaq qәrarına gәlib.

 

La Vanguardia (İspaniya): Kubalıların 86.8  %-i  yeni konstitusiyanın lehinә sәs verdi.

 

Haberrus xәbәr portalı (Rusiya): Rusiya televiziya vasitәsilә ABŞ-ı hәdәlәdi

 

MK.ru xәbәr portalı (Rusiya): Rusiyaya mәxsus gәmidә partlayış olub.

 

İzvestiya qəzeti (Rusiya): Rusiya Avropa Şurasından çıxa bilәr.

 

Le Monde: Pakistan Hindistan ordusunu Kәşmirin  hava mәkanını pozmaqda günahlandırıb.

 



Әlaqәli Xәbәrlәr