Xarici mәtbuat 18.02.2019

Xarici media orqanlarında bu gün dәrc olunan bәzi xәbәrlәrin başlıqlarını tәqdim edirik

1147311
Xarici mәtbuat 18.02.2019

Azәrtac (Azәrbaycan): Azәrbaycanın müdafiә naziri ‘‘İDEX-2019’’Beynәlxalq Müdafiә Sәrgisindә iştirak edib.

 

Trend informasiya agentliyi (Azәrbaycan): Azәrbaycan vә Belarus müdafiә nazirlәri görüşüb.

 

Kaspi.az (Azәrbaycan): Donald Tramp mayda Yaponiyaya sәfәr edә bilәr.

 

Alsharq Alawsat (Sәudiyyә-Amerika): Sәudiyyә Әrәbistanı ilә Pakistan arasında tәrәfdaşlıq barәdә razılaşma әldә olunub.

 

Әl-Raya Әl Katariya (Qәtәr): Türkiyә Camal Xaşoqçi cinayәti ilә bağlı  bağlı yeni dәlillәrә malikdir.

 

Әl Hayat (Livan): Suriyadakı müxaliflәr Bәşәr Әsәdin qaçqınlara ölkәyә dönmәlәri ilә bağlı çağırışına istehza ilә yanaşırlar.

 

DW: Müqavilәlәr-hörmәt- Sәudiyyә Әrәbistanının vәliәhd şahzadәsi Pakistanla razılaşma әldә edib.

 

Spiegel Online: İrqçilik-German Dream sona çatdı.

 

Stern: Alimlәr xәbәrdarlıq edir: Yanmış çörәk havanı maşınlardan daha çox çirklәndirir.

 

CNN Espanol: ABŞ  senatoru  Marko Rubio Kolumbiyanın Kukuta şәhәrindәn venesuelalılara müraciәt edib. Demokratiya geri qayıdacaq  və biz sizin yanınızda olacağıq.

 

ABC qәzeti (İspaniya):  Nikola Maduro  Venesuelaya Quaido ilә görüşmәk üçün sәfәr edәn  Avropa Parlamentinin  üzvlərini ölkədən geri göndərdi.

 

El Pais (İspaniya):  Brüssel  illərdir İtaliyada  yaşanan  siyasi qeyri-sabitlik və popülizmin  İspaniyaya da sıçramasından  qorxur.

 

Le Fiqaro: "Suriya: avropalılar Donald Trampın hәdәlәrinә görә narahatdır’’

 

France 24: "Sәudiyyә Әrәbistanının vәliәhd şahzadәsi bir çox ölkәyә sәfәr edәcәk.

 

Le Monde: " ABŞ ilə Avropa arasındakı məsafə dərinləşir"

 

RİA NOVOSTİ xәbәr agentliyi (Rusiya):  Rusiya parlamentinin alt qanadı Duma Krım tarixi ilə bağlı mübahisəli kitabın oxudulmayacağı ilә bağlı söz verib.  Bu tələbi Krım rəhbərliyinə daha əvvəl Krım Tatarları Şurası tәqdim etmişdi.

 

İzvestiya qәzeti (Rusiya): "Ermənistan Rusiyadan Su-30SM tipli  döyüş tәyyarәsi almaq niyyәtindәdir’’

 

TASS informasiya agentliyi (Rusiya) : "Venesuelanın  dövlət neft və qaz şirkəti PDVSA hesablarının Qazprom bankında dondurulduğuna dair yayılan xəbərləri təkzib etmişdi.



Әlaqәli Xәbәrlәr