Xarici Mətbuat

Xarici mətbuatda dərc olunan bəzi xəbər başlıqları:

1132073
Xarici Mətbuat

 

AZƏRTAC (Azərbaycan): “Avropa Şurasında Azərbaycandakı azad internet mühitindən bəhs edilib”

 

Tren İnformasiya Agentliyi (Azərbaycan): “ Millət vəkili:“Avropa təşkilatları Ermənistanın işğalçılıq siyasətinin qarşısını almaq üçün addım atmırlar”

 

Kaspi.az (Azərbaycan): “Amerikada saxlanılan İranlı jurnalist azad edilib”

 

"Al-Raya Al-Katariya" (Qətər): "Qətər Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) 745 beynəlxalq qərarı pozduğunu açıqladı"

 

 "Alsharq Alawsat" (Səudiyyə Ərəbistanı): "Sudan Türkiyə, Rusiya və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) edilən yardımları qəbul etdiklərini açıqladı. Yardımlar yanacaq, buğda və s. ibarətdir"

 

" Al Mustakbal" (Livan): "Suriya rejimi dəstəkçi Hizbullah və İran qüvvələri kimi xarici döyüşçülərin Suriya Ordusunun uniformasını geyinmələrini tələb etdi"

 

 "Welt" qəzetinin internet saytı: "Almaniyanın paytaxtı Berlində beynəlxalq silah qaçaqmalçılarına qarşı geniş miqyaslı əməliyyat başladı. "Welt" qəzetinin verdiyi məlumatlara görə, təhqiqatlar təxminən 1,5 ildir davam edir. Əməliyyatların Çexiya Respublikasından Almaniyanın Berlin şəhərinə böyük miqyasda qaçaq silah gətirən beynəlxalq cinayət təşkilatına qarşı olduğu bildirilir".

 

 "Spiegel-online": Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin Rusiyada görüşdülər. Hər iki ölkə daha sıx əməkdaşlq etmək istəyir"

 

 "Süddeutsche Zeitung": "Türkiyə Super Liqanın də "Başakşehir" irəlidədir. Digər dörd böyük klub "Başakşehir"ə çatmağa çalışır".

 

 "Ria Novosti" (Rusiya Xəbər Agentliyi): "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Venesuelalı həmkarı Nikola Maduroya Vaşinqtonun Venesuela parlamentinin sədri Xuan Quaydonu (Juan Guaido)ölkənin müvəqqəti prezidenti kimi tanıması üməsələsi ilə bağlı dəstək verdi".

 

 TASS (Rusiya Xəbər Agentliyi): "Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ötən gün keçirdiyi birgə mətbuat konfransındakı çıxışında Moskva və Ankaranın Suriyada İdlib qərginliyi azaltma bölgəsində terrorçularla mübarizə aparmağa davam edəcəklərini və bunun üçün birgə tədbirlər görəcəklərini söylədi".

 

 "REGNUM" (Rusiya İnformasiyaAgentliyi): "Türkiyə və Hindistan,Kerch boğazında 20 dənizçinin ölümünü təsdiqlədi".

 

 "Liberation" (Fransa): "Fransızlar informasiya mənbələrinə getdikcə daha az güvənirlər"

 

" Le Parisien" (Fransa): "Sabiq Daxili İşlər naziri Mişel Alliot Mari (Michèle Alliot Marie): "Prezident Emmanuel Makron böhrana qarşı lazımi tədbirlər görmədi"

 

 "Le Fiqaro" (Fransa): "Venesuela Fransa Avropalı tərəfdaşları ilə məsləhətləşəcək" (Fransa Prezident Aparatı)

 

 "Telesur"(Karakas,Venesuela mərkəzli Latın Amerika mətbuat orqanı): "Venesuela ABŞ ilə diplomatik və siyasi əlaqələri kəsir"

 

 "El Mundo" (İspaniya): "Venesueladakı hökumət əleyhinə etirazlarda ən az 14 nəfər öldürüldü, 218 nəfər həbs olundu"

 

"El Pais" (İspaniya): "Madridli taksiçilər tətil edrilər. Barajas hava limanına girişləri çətinləşdirir, Barselonada prospektləri bağlayırlar"



Әlaqәli Xәbәrlәr