Xarici mǝtbuat

Türkiyənin  gündəmindi əsas mövzular xarici  mətbuat və veriliş orqanlarında

1111219
Xarici mǝtbuat

Reuters xəbər agentliyi: Prezident Rəcəb Tayyib Ərdoğannın Türkiyə Suriyada hər an hərbi ǝmǝliyyata başlayabilǝr   sözünü Ağ Ev müsbǝt qarşılayıb. Yayılan bǝyanatda bildirilib ki, Ankaranın daha əvvəl hərəkat tǝşkil etmǝdiyi bölgələrə ǝmǝliyyat planını dǝstǝkliyirik.

İran, informasiya agentliyi Mehr : Daxili İşlər naziri Süleyman Soylu Pakistanda verdiyi açıqlamasında, yaxın gǝlǝcǝkdǝ İran, Əfqanıstan və Pakistan rəsmiləriylə  nizamsız köç məsələsini müzakirə edǝcǝklirini bildirib. Agentlik hǝmçinin bildirib ki, Türkiyǝ ilǝ İran ǝmǝkdaşlığın irǝli pillǝlǝrǝ qaldırılmasına dair iki razılaşma imzalayıb. Razılaşmalara görǝ Ankara ilǝ Tehran arasında sağlamlıq vǝ müalicǝ ilǝ informasiya sahǝlǝrindǝ ǝmǝkdaşlıq edilǝcǝk.

Çin, xǝbǝr agentliyi Xinhua: Prezident Rəcəb Tayyib Ərdoğan, Türkiyənin Amerika Birləşmiş Ştatlarından 120 ədəd döyüş təyyarəsi satın almağı planlaşdırdığını bildirib.

ABŞ xəbər agentliyi AP: ABŞ dövlǝt departamenti, Türkiyəyə 3,5 milyard dollarlıq Patriot raket satışına dair tǝklifi tǝsdiq edib.

Rusiya, informasiya agentliyi Ria Novosti: Kremlin sözçüsü Dmitriy Peskov, S-400 hava müdafiǝ sistemləriylǝ ǝlaqǝli Türkiyǝ ilǝ Rusiya arasında imzalanan razılaşmaya görǝ rǝsmi Ankaranın bəzi məlumatları bölüşmǝmǝsinin lazım gǝldiyini, bu barǝdǝ Türkiyǝyǝ etimadlarının tam olduğunu vurğulayıb. Agentliyin başqa xǝbǝrindǝ, Rusiya Dövlət Başçısı Vladimir Putinin “Türkiyə bir tərəfdən NATO üzvü olaraq öhdəliklərini yerinə yetirərkən digər tərəfdən müstəqil xarici siyasət izlǝdiyini vǝ bunun tǝqdirǝ şayan olduğunu sǝslǝndirdiyinǝ diqqǝt çǝkilib.

Almaniya, mətbuat agentliyi DPA : Türkiyə, Suriyanın şimalındakı separatçı terror təşkilatı YPG / PKK-ya qarşı əməliyyat hazırlıqlarını sürǝtlǝndirdi.

Çin, Xinlanq İnternet Saytı: Ticarət naziri Ruhsar Pekcan, Türkiyənin, Amerika Birləşmiş Ştatlarının (ABŞ) polad və alüminyuma tǝtbiq etdiyi rüsumlar ilǝ ǝlaqǝli Dünya Ticarət Təşkilatı Panelində qaldırdığı ilk mǝhkǝmǝ iddiasının Türkiyǝnin lehinǝ nǝticǝlǝndiyini bildirib.

Voice of America: Türkiyə, Suriyanın şimalında terroristlərə istiqamǝtli ǝmǝliyyat üçün hazırlıqlar edǝrkǝn, ABŞ prezidenti Donald Tramp əsgərlərini Suriyadan çıxaracağını açıqladı.

İngiltərə, Financial Times qəzeti: ABŞ, əsgərlərini Suriyadan çəkəcəyi qǝrarını açıqladıqdan Türk lirəsi 1,3% dəyər qazandı.



Әlaqәli Xәbәrlәr