Xarici Mətbuat

Türkiyənin gündəmindəki əsas mövzular xarici mətbuat və veriliş orqanlarınada

1084642
Xarici Mətbuat

İngiltərə, informasiya agentliyi Reuters: Prezident Tayyib Ərdoğan, Türkiyənin və Şimali Kipr Türk Respublikasının Şərqi Aralıq dənizidəki haqqlarını müdafiə edəcəklərini, Yunanıstan və Rum icmasının tək tərəfli addımlarına icazə verməyəcəklərini bildirib.

Almaniyanın Welt am Sonntag qəzeti: Türkiyə iqtisadi sahədə bir çox uğurlara imza atır. Ölkənin milli valyutası olan Türk lirəsi dollar qarşısında sürətlə dəyər qazanarkən, büdçə kəsri də azalır. Dünya Bankının bu həftə açıqladığı asan xidmət hesabatında (Doing Business Report) Türkiyənin asan xidmət sahəsində nəhəng addımlar atdığı və bunun təqdir edildiyi bildirilib.

İran, informasiya agentliyi İRNA: Xarici işlər naziri Mevlüt Çavuşoğlu, Səudiyyə Ərəbistanın İstanbul Baş Konsulluğunda öldürülən Səudiyyə jurnalist Camal Xaşoqçi cinayətiylə əlaqəli xalqla açıqlanmayan dəlillərin olduğunu qeyd edib.

ABŞ, xəbər agentliyi Associated Press: Xarici işlər naziri Mevlüt Çavuşoğlu, Amerika Birləşmiş Ştatlarının (ABŞ) İrana istiqamətli sanksiyalarının məntiqlə uygunlaşmadığına, həmçinin təhlükəli olduğuna diqqət çəkib.

İran, xəbər agentliyi IRNA: Türkiyə bildirib ki, Vaşinqton separatçı terror təşkilatı PKK və bunun İraq və Suriyadakı qruplaşmaları ilə mübarizədə daha konkret  addımlar atmalıdır.

ABŞ, Associated Press (AP) informasiya Agentliyi: Türkiyənin müdafiə naziri Hulisi Akar, ABŞ-ın PKK-nın üç liderinin başına mükafat qoymağına münasibət bildirib. O qeyd edib ki, Vaşinqton, eyni addımı, terror təşkilatı PKK-dan fərqlənməyən YPG üçün də atmalıdır.

Almaniya, Deutsche Welle media quruluşu: Prezident Rəcəb Tayyıb Ərdoğanın sözçüsü İbrahim Kalın, ABŞ-ın PKK-nın dırnaq arası üç liderinin yerini bildirənə və ya onların tutulmalarına yardım edənə mükafat verəcəyini açıqlamasını, gec qalınmış qərar olaraq dəyərləndirib.

Çin, Renmin Ribao qəzeti: İstanbul şəhərinin turist cəlb ətməsində, Görkəmli abidələr, zəngin mədəniyyət qalıqları, görən hər kəsin valeh olduğu təbiət gözəllikləri açar rol oynayır. Elə ki, şəhər 2017-ci ildə 11 milyon turistdə ev sahibliyi etdi. 2018-ci ilin ilk səkkiz ayında İstanbula gələn Çinli turist sayı 250 minə çatıb.

 



Әlaqәli Xәbәrlәr