Xarici mətbuat

Türkiyənin gündəmindəki əsas mövzular xarici mətbuat və veriliş orqanlarında

1044997
Xarici mətbuat

Çin, Huitong Wang xəbər portalı: Prezident Rəcəb Tayyib Ərdoğan, Rusiya və digər ölkələr ilə ticarət əməliyyatlarında dollar istifadəsindən imtina edəcəklərini ifadə edərkən, Rusiya qarşılıqlı ödənişlərin dollarla olmasına son qoymaq üçün başqa alternativlər tapmağın zəruri olduğunu bildirib.

Reuters informasiya agentliyi: Xəzinə və Maliyyə naziri Berat Albayrak, ABŞ-ın iqtisadiyyatla əlaqəli atdığı addımlar, Amerika dövləti və xalqının xeyrinə olmayacaq deyib.

CNN beynəlxalq xəbər kanalı: Xarici işlər naziri Mevlüt Çavuşoğlu, Yunan həmkarı Nikos Kocias ilə İzmirdə bir araya gəldikdən sonra mətbuata verdiyi açıqlamada, Türkiyə ilə Yunanıstan arasında bəzi problemlərin olmasına baxmayaraq hər iki ölkənin dialoqa həmişə üstünlük verdiyini vurğulayıb.

Voice of America: Amerika-Türk Şurasının sədri Howard Beasey, Türkiyənin ABŞ üçün başda siyasi, hərbi və iqtisadi olmaqla hər baxımdan imtina edilməz ortaq olduğunu vurğulayıb.

Çina Radio International: Yunanıstanın Musiqi Kraliçası Despina Vandi, 17 Sentyabrda İstanbulda təşkil ediləcək 7-ci Beynəlxalq Klarnet Festivalında pərəstişkarları ilə görüşəcək.

Rusiya, Sputnik xəbər agentliyi: Rus avtomobil istehsalçıları, Türkiyə ilə ticarətdə milli valyutadan istifadə edilməsinə dair qərar qəbul edib.

AB-Türkiyə xəbər şəbəkəsi: Türkiyə turizmi, Avropalı turistlərin Türkiyəyə marağının artması ilə ardıcıl rekordlar qırdı.

Yunanıstan Dimokratia qəzeti: Xarici işlər naziri Mevlüt Çavuşoğlu, Türkiyənin Şərqi Aralıq dənizində neft axtarma işləri barədə bəzi şirkətlər və Yunanıstan ilə danışıqların aparıldığını bildirib.

Çin, Xinhua xəbər agentliyi: Türkiyə, təhlükəsizlik səbəbiylə İstanbul və Çanaqqala boğazından keçəcək gəmilərə yeni qaydalar tətbiq edəcək. Tətbiqlə, boğazlardakı riskin azaltılması məqsəd götürülüb.

 AFP agentliyi: Prezident Rəcəb Tayyib Ərdoğan Suriyanın İdlib şəhərinə rejim və ya müttəfiqləri tərəfindən əməliyyat təşkil edilməsini qırğın olar, deyərək tərəfləri xəbərdarlıq edib.

Çin, CCTV: Türkiyə, 4 sentyabrda İdlib sərhədindəki hərbi varlığını gücləndirir. Hatay şəhərində Türk qoşunu yerləşdirilib.

İngiltərə, Reuters: Türk Qırmızı aypara cəmiyyətinin başçısı Kərəm Kınık, İdlibə əməliyyat ehtimalına görə, xeyli tədbirlər gördüklərini, qaçqın dalğasına qarşı lazımlı hazırlıqları apardıqlarını qeyd edib.

Rusiyanın Səsi Radiosu: Türkiyə və Rusiya nümayəndə heyətləri Suriya mövzusunu müzakirə ediblər. 31 Avqust-4 Sentyabr tarixləri arasında Ankarada baş tutan danışıqlarda Suriyada cərəyan edən proseslər, regional təhlükəsizlik məsələləri müzakirə olunub.



Әlaqәli Xәbәrlәr