Xarici Mətbuat

Türkiyənin  gündəmindəki  əsas  mövzular  xarici mətbuat və  veriliş  orqanlarında

988482
Xarici Mətbuat

İngiltərə Xəbər Agentliyi Reuters: "Türkiyədə İqtisadiyyat üzrə baş nazir müavini Mehmet Şimşək, beynəlxalq investorların pul siyasətiylə bağlı nigarançılıqları ötən həftə baş tutan danışıqlar nəticəsində sona çatdı. Həmin danışıqlardan sonra ölkəmizə xarici sərmayə axını başladı”-deyə qeyd edib.

Rusiya Ria Novosti Xəbər Agentliyi: "Baş nazir Binali Yıldırım ilə Rusiyanın Baş naziri Dmitri Medverev arasında telefon danışığı olub. Görüş zamanı " Akkuyu nüvə stansiyası və Türk Axının tikintisi ilə əlaqədar mövzular müzakirə olunub.

ABŞ Turkish American Veb saytı: "Türkiyənin uzaqdan kontrollü pilotsuz quru texnikası vəzifəyə hazırdır”.

İran Mehr Xəbər Agentliyi: "Prezident Ərdoğanın baş katibi İbrahim Kalin ABŞ-ın Fələstinə dəstək qərarına veto qoyması bizim üçün surpiriz olmadı” deyib.

İngiltərə Reuters Xəbər Agentliyi: "Türkiyə ilə Amerika Birləşmiş Ştatları (ABŞ) Menbiç mövzusu ilə əlaqəli yol xəritəsini təsdiqləyib”.

ABŞ Turkish American Veb Saytı: "Baş nazir müavini və hökumət sözçüsü Bəkir Bozdağ, Türkiyəyə istiqamətli təhdidlər cavabsız qalmaz”.

ABŞ Turkish American Veb saytı: "Amerika Birləşmiş Ştatları (ABŞ) dövlət katibliyinin sözçüsü Heather Nauert, ABŞ və Türkiyənin Menbiç mövzusuyla əlaqədar atdıqları addım nəticəsində bölgədə sabitliyin hakim olacağını qeyd edib”.

Krım QHA Xəbər Agentliyi: "Ukrayna və Türkiyə arasında pasaportsuz səyahət qərarının qəbulundan sonra qarşılıqlı turist sayı xeyli artıb. Agentliyin başqa bir xəbərində gedib: Türkiyə, Yunanıstanın 15 İyul çevriliş cəhdində iştirak edən cinayətkarları azadlığa buraxmasına reaksiya verib.



Әlaqәli Xәbәrlәr