XARİCİ MƏTBUAT

Türkiyənin gündəmindəki əsas mövzular xarici mətbuat və veriliş orqanlarında

916828
XARİCİ MƏTBUAT

Radio Pakistan Agentliyi: Prezident Rəcəb Tayyib Ərdoğan, Türkiyəni təhdid edən bütün terror təşkilatlarına qarşı mübarizənin davam edəcəyini bildirib.

Rusiyanın Sesi Radyosu: Baş qərargah rəisi ordu komandiri General Hulusi Akar Zeytun Budağı Əməliyyatının 30-cu günündə Kilis və Hatay vilayətlərində vəzifə icra edən Birləşmə və briqada qərargahlarına baş çəkib. Hulusi Akar burda verdiyi bəyanatında, “Afrində olan,  məhz  bölgəyə başqa yerlərdən cəlb olunan bütün terrorçular məhv ediləcək. Onların dəstəkçilərinə lazımlı cavab veriləcək” deyib.

Almaniyanın Deutsche Welle informasiya orqanının xəbər saytı: Türkiyənin Altay adı ilə bilinən milli tank layihəsinə dair Almaniyanın dəstəyini istəyən Baş nazir Binali Yıldırım bildirib ki, Almaniyada hökumət forlamaşandan sonra, Prezident Ərdoğan bu ölkəyə səfər edəcək. Xəbərdə hökumət sözçüsü Bəkir Bozdağın Menbiç ilə əlaqəli "Əgər ABŞ buradaki quldurları çıxarmasa Türkiyəyə istiqamətli təhdidlər davam edər. Belə bir vəziyyət qarşısında son sözü Türkiyə deyəcək”,  sözləri  də xatırladılıb.

Böyük Britarniya informasiya agentliyi BBC: Xarici işlər naziri Mevlüt Çavuşoğlu, Bəşər Əsəd rejiminə sadiq qüvvələrin Afrinə cəlb olunacağına dair iddialara, “Əsəd qüvvələrinin terror təşkilatı YPG üzvlərinə dəstək məqsədiylə Afrinə daxil olmaları halında Türk silahlı qüvvələri lazımlı cavabı verməkdə imtina etməyəcək” deyə cavab verib.

Rusiya, RİA Novosti xəbər agentliyi : Prezident Rəcəb Tayyib Ərdoğan, Türk qoşununun yaxın zamanda Suriyanın Afrin şəhərini mühasirəyə salacağını, Türkiyənin cənub sərhədlərində terror dəhlizi yaradmağı planlayanlara bunun asan iş olmadığını göstərəcəyini qeyd edib.

İtaliya, informasiya agentliyi ANSA: Afrinə daxil olmaqda cəhd edən Əsəd tərəfdaşı qruplar, Türk hərbçilərin xəbərdarlıq atəşi ilə geri oturtuldular. Onlar gəldikləri yerdən 10 kilometr dala qayıtdılar.

ABŞ xəbər saytı new: Türk Axını təbii qaz boru xətti layihəsinin dəniz hissəsində bu günə qədər 884 kilometr boru xətti çəkilib. Beləcə inşaatın dəniz hissəsinin 48%-i tamamlanıb.

İRAN xəbər agentliyi Mehr: Gömrük və ticarət naziri Bülent Tüfenkçi bildirib ki, İran və Türkiyə arasındakı üçüncü sərhəd qapısı 24 saat keçidlərə açıq olacaq. Bu tədbirlə iki ölkə arasında ticarət dövrüyəsinin artırılması və sərhəd keçidlərinin asanlaşdırılması məqsəd götürülüb.

Yaponiya, xəbər agentliyi Jiji : Prezident Rəcəb Tayyib Ərdoğan, Türk Silahlı Qüvvələrinin Suriyanın şimal-qərbindəki Afrin şəhərinə istiqamətli Zeytun Budağı əməliyyatı davam edərkən, bölgəyə sızmağa cəhd edən Əsəd rejimi tərəfdaşı terroristlərin geri oturtulduğunu qeyd edib.

Gürcüstan, Interpress news Agentliyi: Nəqliyyat, Dənizçilik və İnformasiya naziri Əhməd Arslan, Türkiyənin əsas hədəflərindən birinin Çindən Avropaya reallaşdırılan ticarətin, Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzərindən həyata keçirilməsinə zəmin yaradmaq olduğunu bildirib.

ABŞ informasiya agentliyi AP: Prezident Ərdoğanın sözçüsü İbrahim Kalın, Əsəd qüvvələrinin Suriyanın Afrin bölgəsinə daxil olma cəhdlərinə baxmayaraq Zeytun Budağı əməliyyatının davam edəcəyini qeyd edib.

İran xəbər agentliyi İrna: Baş nazir Binali Yıldırım, 11-ci İnkişaf Planının təqdimat yığıncağında Türkiyənin, dünyanın ən güçlü iqtisadiyyatına sahib ölkələr arasında 13-ci sırada olduğuna diqqət çəkib.

VOA Amerikanın internet saytı: Prezident Rəcəb Tayyib Ərdoğan, Pilotsuz uçuş aparatı istehsal edən Türkiyənin insansız tank buraxacağını bildirib.

İRAN, Fars xəbər agentliyi: Pakistan müdafiə nazirinin müavini ilə Türkiyənin müdafiə nazirinin müavini arasında Ankarada baş tutan görüşdə ikitərəfli hərbi əlaqələrin inkişaf etdirilməsi mövzusu müzakirə olundu.

Xəbərdə, Hollandiya Nümayəndələr Məclisinin1915 hadisələrini soyqırım olaraq tanınma qərarının Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən sərt dillə qınandığı xatırladılıb.

Rusiya media orqanı sputnikin internet saytı: Xarici işlər naziri Mevlüt Çavuşoğlu, Suriyanın ərazi bütövlüyü mövzusunda kimsənin narahatlığı olmamalıdır deyib.

 AFP xəbər agentliyi: Rusiyanın İstanbuldakı Konsulluq binasının önündə Suriyanın Şərqi Quta bölgəsinə  təşkil  edilən əməliyyatdan etiraz məqsədiylə aksiya keçirildi.

Almaniyanın informasiya agentliyi Dpa: Baş nazir müavini Bəkir Bozdağ, TSQ-nın Suriyanın Afrin bölgəsinə istiqamətli əməliyyatı çərçivəsində bu günə qədər həyatını itirən dinç sakin olmadığını, bölgəni quldurlardan təmizləyənə dək əməliyyatın davam edəcəyini bildirib.

Rusiya xəbər agentliyi Ria Novosti: Xarici işlər naziri Mevlüt Çavuşoğlu TSQ-nin Afrinə yönəlik əməliyyatı ilə eyni vaxtda Suriyanın ərazi bütövlüyünün müdafiə edildiyini deyib.

İRAN, Fars Xəbər Agentliyi: Türkiyə Xarici İşlər Nazirliyi, Hollandiya Nümayəndələr Məclisinin 1915 hadisələrinin soyqırım olaraq tanınması qərarını sərt dillə qınayıb.  

 



Әlaqәli Xәbәrlәr