Xarici Mətbuat

Türkiyənin gündəmindiki əsas mövzular xarici mətbuat və veriliş orqanlarında

870557
Xarici Mətbuat

Almaniya informasiya agentliyi DPA: “Türkiyə Avstriyada irqçilərin iştirakı ilə formalaşan koalisiya hökuməti tənqid edib.

Türkiyə, Avstriyada yeni formalaşdırılan hökumət proqramında “Avropa İttifaqının Türkiyə ilə müzakirələrə son qoyması və bunun reallaşması üçün müttəfiqlər axtarılacağı” ifadənin əks etməsini "talehsizlik" və "bəsirətsizlik" olaraq qiymətləndirib. Xarici İşlər Nazirliyindən mövzu ilə əlaqəli yayılan açıqlamada: “Avstriyanın yeni hökumətinin proqramında əks edən bu talehsiz və bəsirətsiz ifadə, siyasi partiyanın ifratçılığına dair narahatlıqların doğru olduğunu göstərir. Aİ-nin Türkiyə ilə imzaladığı müqavilələrdən mənbələnən öhdəlikləri heçə saymağa cəhd etmək dürüst addım olmadığı kimi, dostluğa da ziddir” deyə vurğulanıb.

ABŞ-nın Türkçə Web saytında: "Qüds populizm uğruna mübadilə edilə biləcək bir şəhər deyil". Prezident R.T.Ərdoğanın baş katibi İbrahim Kalın, Daily Sabah qəzetində əks olan ‘Qüds satılık deyil’ başlıqlı məqaləsində, "Qüds, populizm və tək tərəflılık uğruna mübadilə edilə biləcək bir şəhər və ya satılası deyil. Əgər Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Trump rəhbərliyi, Yaxın Şərqdə sülhün bərpasını həqiqətən istəyirsə, əvvəlcə İsraili on illərdir izlədiyi işğalçı siyasətdən daşındırmalıdır” deyə vurğulayıb.

Avropa media orqanı Euronews: "Türkiyənin ilk sürücüsüz metrosu istifadəyə verilib”. Türkiyənin ilk sürücüsüz metrosu olaraq bilinən Üsküdar-Ümraniye Metro marşurt xətti xidmətə verilib. Prezident Rəcəb Tayyib Ərdoğan açılış mərasimində etdiyi çıxışında gündə 700 min sərnişinə xidmət çatdıracaq xəttin bir müddət sonra Sabiha Gökçən Havalımanına qədər uzadılacağını qeyd edib.

İran informasiya agentliyi Fars: “İran və Türkiyə terrora qarşı mübarizədə ciddi əməkdaşlıq edir”.

İran və Türkiyənin təhlükəsizlik sahəsində və terrora qarşı mübarizədə ciddi əməkdaşlıq etdiklərini ifadə edən İran Daxili İşlər nazirinin müavini Hüseyn Zülfiqari, Türkiyə daxili işlər naziri Süleyman Soylu və onu müşayiət edən nümayəndə heyətinin Tehrana reallaşdırdığı səfər zamanı terror, narkotik maddə qaçaqmalçılığı kimi mövzuların ətraflı müzakirə edildiyini qeyd edib.



Әlaqәli Xәbәrlәr