Xarici mətbuat

Türkiyənin gündəmindəki əsas mövzular xarici mətbuat və veriliş orqanlarında

867431
Xarici mətbuat

 Reuters xəbər agentliyi: “Prezident R.T.Ərdoğan yüksək olan faiz dərəcələri endirilməzsə inflyasiyanın qarşısını almaq çətin olar”. Faiz dərəcəsinin yüksək olduğu bir ölkədə inflyasiyanı azaltmağın mümkün olmayacağına diqqəti çəkən Prezident Rəcəb Tayyib Ərdoğan: “Mən həmişə faiz dərəcəsinin yüksək olmasından müxalifət etdim. Bu fikrimi hər fürsətdə və platformada səsləndirməkdə davam edəcəyəm”.

Rusiya informasiya agentliyi Sputnik: Xarici işlər naziri Mevlüt Çavuşoğlu, xüsusi bir televiziya kanala verdiyi müsahibəsində, separatçı terror təşkilatı PKK-nın Suriyadakı qolu PYD / YPG-nin nəzarətində olan Afrinə Türkiyənin müdaxilə ehtimalı varmı sualına: “Bölgədən Türkiyəyə istiqamətli təhdidlər və hücumlar olur. Texniki hazırlıqlar tamamlandıqdan sonra hər an müdaxilə edə bilərik” deyə vurğulayıb.

İran informasiya agentliyi: İran Xarici İşlər Nazirlnin müavini İbrahim Rəhimpur, İran prezidenti Həsən Ruhani və Prezident Rəcəb Tayyib Ərdoğan arasında danışıqların artmasını yüksək qiymətləndiririk. Ərdoğan, İslam Əməkdaşlıq Təşkilatının dövr başçısıdır. Üzv ölkələri təşkilatın fövqəladə sammitinə çağırması da təbiidir” deyə vurğulayıb.

Fransa Euronews Beynəlxalq Xəbər Kanalı: "İstanbullu taksi sürüçüləri İsrail və ABŞ məhsullarının boykot edilməsi haqqında çağırış veriblər”. Amerika Birləşmiş Ştatlarının Qüdsü İsrailin paytaxtı olaraq tanıma qərarından etiraz məqsədiylə İstanbulda bir araya gələn sürüçülər qərarın hüquqa zidd olduğunu, Müsəlman dünyasının bunu qəbul etmiyəcəyini səsləndiriblər. Əllərində Türkiye və Fələstin bayraqları ilə ABŞ-ın İstanbul Baş konsulluğunun önündə toplanan aksiyaçılar həmçinin ABŞ və İsrail məhsullarının boykot edilməsi haqqında da çağırış ediblər. Taksi Sürüçüləri Dərnəyinin Başçısı Hüseyn Duman: “Biz taksi sahibkarları və sürüçüləri olaraq Amerika və İsrail mənşəli bütün məhsulları boykot etmə qərarı qəbul etdik”.



Әlaqәli Xәbәrlәr