Xarici mətbuat

Türkiyənin gündəmindəki əsas mövzular xarici mətbuat və veriliş orqanlarında

862294
Xarici mətbuat

İngiltərə informasiya agentliyi reuters: “Prezident R.T.Ərdoğanın  sözlərinə  görə  Türkiyə Qüds məsələsinə  biganə  qalmaz.  Belə  bir cəhd  israil ilə əlaqələrə son qoya bilər”. Prezident Rəcəb Tayyib Ərdoğan məsələ ilə əlaqəli bildirib ki, ABŞ Qüdsü İsrailin paytaxtı olaraq rəsmiyyətdə tanıması halında Türkiyədə İsrail ilə diplomatik əlaqələri dayandıra bilər. Bu bütün müsəlmanların qırmızı xətti hesab edilir. Hörmətli Tramp, Fələstin xalqının yaraları qanamaqda davam edərkən İsrailə dəstəyin ifadəsi olan belə bir addım atmaq beynəlxalq hüquq pozuntusundan başqa heç nə deyil. Belə bir hərəkət Türkiyə ilə İsrail əlaqələrinə ağır zərbə endirər. ABŞ, bölgədəki problemlərin artmasına gətirib çıxaracaq addımlardan imtina etməlidir.

İran xəbər agentliyi Mehr: “Preziden Ərdoğanın sözcüsü İbrahim Kalın ABŞ-ın səfirliyini Qüdsə köçürtməsinin böyük səhv olabiləcəyini qeyd edib”.

İbrahim Kalın mövzu ilə bağlı açıqlamasında: Amerika Birləşmiş Ştatlarının, (ABŞ) səfirliyini Qüdsə köçürtməsi ehtimalı narahatlıq yaradır. Belə bir addım Qüdsün dini və tarixi keçmişinə, beynəlxalq razılaşmalara və BMT qərarlarına ziddir. Belə bir qərarın həyata keçirilməsi Orta Şərq sülh prosesini məhv edər. Bölgədə yeni gərginliklər və qarşıdurmaların baş verməsinə zəmin yaradar. Buna görə də ABŞ-nın belə böyük bir səhvə yol verməməsini arzulayıram.

Rusiyanın Sesi Radyosu: “Türkiyənin Xarici işlər naziri Çavuşoğlu NATO Xarici işlər nazirləri yığıncağına qatılmaq üzrə Brüsseldə səfərdədir”. Çavuşoğlu bu belçikaya səfəri çərçivəsində həmkarı Rex Tillerson ilə görüşəcək. Danışıq zamanı ABŞ prezidenti Donald Trampın separatçı terror təşkilatı PKK-nın Suriyadakı qruplaşması YPG-nin silahla təmin edilməyəcəyinə dair verdiyi vədlər və Pentaqonun YPG-ni silahla təmin etdiyi kimi mövzular müzakirə ediləcək. Çavuşoğlu, Yunanıstan Xarici işlər naziri Nikos Kocias ilə də bir araya gələcək.

Amerikanın Səsi Radyosunun “Vaşinqtonda Türkiyə Konfransı” başlıqlı xəbərində: Amerika Birləşmiş Ştatlarının (ABŞ) paytaxtı Vaşinqtonda Middle East Institute adlı təşkilatın 8-ci illik Türkiyə konfransı təşkil edilib. ABŞ dövlət departamentinin Avropa və Avrasiya İşləri üzrə səlahiyyətçisi Jonathan Cohen, konfransın günortadan sonrakı “Rusiya və Qərb arasında Türkiyə” başlıqlı iclasında, Türk-Amerika arasında hər dövrdə güçlü əlaqələrin olduğunu iki ölkə arasındakı dialoq və diplomatiyanın davam etdirilməsinin əhəmiyyət kəsb etdiyini vurğulayıb. NATO-nun ən böyük ikinci orduya sahib olan müttəfiqi olduğunu, Suriyalı qaçqınlara yardımlarının təqdirə şayan olduğunu qeyd edib.



Әlaqәli Xәbәrlәr