Xarici Mətbuat

Türkiyənin gündəmindəki əsas mövzular, xarici mətbuat və veriliş orqanları,

836867
Xarici Mətbuat

Rusiya Dövlət Başçılığı  mətbuat xidmətinin internet səhifəsi: “Rusiya Dövlət Başçısı Vladimir Putin, Türkiyədə 29 Oktyabrda qeyd olunan Respublika Bayramı münasibətiylə prezident Rəcəb Tayyib Ərdoğanı telefon edərək təbrik edib. İki liderin danışığı zamanı ortaq enerji layihələrinin həyata keçirilməsi məsələsi başda olmaqla müxtəlif sahələrdə edilən güçlü əməkdaşlıq haqqında fikir mübariləsi olub. Suriya məsələsinin müzakirə edildiyi Astana danışıqlarının 30-31 oktyabrda keçiriləcək növbəti mərhələsi ərəfəsində yaradılan təhlükəsizlik bölgələrinin funksiyasını yerinə yetirməsinin təmin edilməsi, terrora qarşı mübarizə və Suriyada siyasi həll prosesinin inkişafı uğrunda lazımlı addımların atılmasının əhəmiyyəti vurğulanıb

Çinin Xinhua informasiya agentliyi: “Türkiyə xarici işlər naziri bildirib ki, çin ilə əməkdaşlıq çərçivəsində Böyük İpək Yolunu yenidən canlandırmaq istəyirik”. Xarici işlər naziri Mevlüt Çavuşoğlunun sözlərinə görə, Türkiyə Çin ilə əlaqələri irəli pillələrə qaldırmaq və əməkdaşlıq çərçivəsində tarixi İpək Yolunu yenidən canlandırmaq istəyir. Şanlıurfa keçmiş Millət vəkili Əmin Önənin Türkiyənin Çin səfiri təyin edildiyini xatırladan Çavuşoğlu, Noyabr 2015-ci ildə Çin ilə Türkiyə arasında, "Bir Qurşaq Bir Yol" çərçivəsində bütün sahələrdə əməkdaşlığa zəmin yaradacaq siyasətə dəstəq məqsədiylə "Orta Koridor" layihəsi ilə əlaqəli əməkdaşlıq edilməsini nəzərdə tutan razılaşma imzalanmışdı.

İranın xəbər agentliyi Mehr: Türkiyə Cumhuriyetinin yaranmasının 94-cü ildönümü mərasiminə qatılan İranın sənaye, Mədən və Ticarət naziri Məhəmməd Şeriətmədari, Türkiyənin İranın xarici siyasətində şxüsusi mövqeyə sahib olduğunu qeyd edib. İranlı nazir Şeriətmədari iki ölkə arasında son illərdə siyasi, mədəni və ictimai əlaqələrin sürətlə inkişaf etdiyinə diqqət çəkərək: “İki ölkə liderləri, əlaqələrin inkişafı uğrunda ciddi addımlar atırlar. Siyasi və mədəni sahələrdə olduğu kimi iqtisadi sahədə də əlaqələri irəli pillələrə çıxarmaq istəyirik”.

Krım Muxtar Respublikası informasiya agentliyi Kırım: "Türkiyə, Nahçıvan məhsullarına gömrük vergisi tələb etməyəcək”. Naxçıvan Muxtar Respublikasından Türkiyəyə ixrac edilən məhsullara tətbiq edilən gömrük vergisi ləğ ediləcək. Azərbaycanın İqtisadiyyat Nazirliyi də bildirib ki, Türkiyədə Nazirlər Kabinetində qəbul edilən qərara görə , Naxçıvanda istehsal olunan 13-ü kənd təsərrüfatı, 30-u tekstil məhsulu olmaqla 43 məhsul imtiyaz siyahısına daxil edilib. Türkiyə bu məhsullardan gömrük vergisi tələb etməyəcək. Iğdır şəhərində baş tutan Azərbaycan-Türkiyə İş Forumunda da iştirakçılara bildirilən qərar  Türkiyə və Azərbaycan arasındakı regional və kommersiya əməkdaşlığa töhvə verəcək”.



Әlaqәli Xәbәrlәr