Xaric Mətbuat

Türkiyənin gündəmindəki əsas mövzular xaric mətbuat və veriliş orqanlarında

835326
Xaric Mətbuat

ABŞ xəbər agantliyi Associated Press (AP): "Baş nazir Yıldırım, İraq Kürd regional rəhbərliyinin qeyri–qanuni referendumunun təxribat yaratdığını bildirib”. Baş nazir Binali Yıldırıma görə 25 Sentyabrda qeyri –qanuni müstəqillik referendumu keçirən İraq kürd regional rəhbərliyinin bundan sonra qəbul edəcəyi qərarlar, yaratdığı təxribatı kompensasiya edəcək nəticə doğurmayacaq. Baş nazir B.Yıldırım, bu açıqlamayı Çankaya Köşkündə Somali Baş naziri Həsən Əli Hayri ilə təşkil edilən birgə mətbuat konfransı zamanı verib. Yıldırım, İraq Kürd regional rəhbərliyinin qeyri-qanuni referendumun nəticələrinin dondurulmasına dair qəbul etdiyi qərarına münasibət bildirərək: Regional rəhbərliyin indən sonra qəbul edəcəyi heç bir qərar yaranan təxribatı kompensasiya edə bilməyəcək. Onların səhv planlarına Ankara, Bağdad və Tehran lazımlı cavabı vermişdir. İndən belə İran, Türkiyə və İraq rəhbərliyinin bölgənin dincliyi, təhlükəsizliyi, terrora qarşı mübarizədə daha güçlü əməkdaşlıq edəcəyinə inanıram.

İtaliya, La Repubblica qəzetində, “Türkiyənin yeni hava donanması” başlığı ilə əks edən xəbərdə gedib: Türkiyə hücum və müdafiə üçün kütləvi istehsala başlayır. İstifadə etdiyi vasitələr baxımından NATO ölkələrindən daha sürətli inkişaf edən Türkiyənin müdafiə sənayesinin yeni pilotsuz hava vasitələrinin təqdimatı olub. Bu yeni silahlar hədəfləri vurduqdan sonra özünü məhv etmə xüsusiyyətinə sahibdir. Texnologiyanın yeni məhsulları ilə təchiz edilmiş olan bu aparatlar yaxın gələcəkdə təhlükəsiz qüvvələrə təhvil veriləcək.

Almaniya, media orqanı DPA: "Almaniyada yeni hökumətin formalaşdırılmasına dair edilən müzakirələrdə Türkiyə danışılır.

24 Sentyabrda Almaniyada federal parlamentə keçirilən seçkilərdən sonra yeni hökuməti formalaşdırmaq üçün siyasi partiyalar arasında başlayan danışıqlar davam edir. Bu müzakirələrdə Türkiyənin Avropa İttifaqına üzvlük müzakirələri də gündəmə daxil olur. Yaşıllar Partiyasının baş katibi Maykl Kellnerə görə Avropa mövzusunda atılası addımlar bəlli deyil. Bu barədə razılaşma olmayıb. Həmçinin Türkiyə mövzusunda fikir fərqliliyi mövcutdur. Maykl Kellner, Türkiyənin Aİ ilə üzvlük müzakirələrinə son qoyulması fikrinin dǝ səhv olduğunu deyib.

ABŞ-ın Türk Amerikan Veb Saytı: "Türk bayrağı Nyu-Yorkda dalqalanacaq”.

Türkiyə Respublikasının quruluşunun 94-cü ildönümü münasibətiylə, bu gün Türk bayrağı Wall Streetdəki Bowling Geen Parkda dalqalanacaq.

Ənənəvi olaraq hər il təşkil edilən Bayraq çəkmə mərasimi bu il də New York Polis İdarəsinin Yaxın Şərq və Türk Cəmiyyəti himayəsi altında keçiriləcək.



Әlaqәli Xәbәrlәr