Xarici Mətbuat

Türkiyənin gündəmindəki əsas mövzular xarici mətbuat və  veriliş orqanlarında

793584
Xarici Mətbuat

İran infarmasiya agentliyi İRNA: Prezident Ərdoğan, Almaniyada yaşayan türklərdən tələb edib ki, keçiriləcək seçkilərdə Türkiyə düşmənlərinə səs verməsinlər. Prezident Rəcəb Tayyib Ərdoğan bunu İstanbulda verdiyi açıqlamada səsləndirib. Cənab Ərdoğanın mövzu ilə əlaqəli açıqlaması belədir: “Daha bir dəfə ifadə edirəm ki, Almaniyada yaşayan vətəndaşlarımız bu ölkədə keçiriləcək seçkilərdə Türkiyəyə düşmən partiyalara əsla səs verməsin. Siyasi  partiyalara gücünə görə deyil Türkiyəyə yaxınlığını nəzərə alaraq səs verin. Sizlər Türkiyə düşmənlərinə lazımlı cavabı verməlisiniz. Onlar Türkiyədə Konstitusiya dəyişiklik ilə əlaqəli təşkil edilən referanduma mənfi təsir etmək üçün əllərindən gələn səyi etdilər. Daxili işlərimizə müdaxilədən belə imtina etmədilər. Mən də təbii olaraq Almaniyadakı vətəndaşlarıma çağırış edirəm ki Türkiyə müxalifi partiyalara səs verməsinlər.

İran media orqanı İSNA: Baş nazir Binali Yıldırım Ankarada jurnalistlərə verdiyi açıqlamada İran və Rusiya Baş qərargah reislərinin Türkiyəyə reallaşdırdıqları zirayəti xatırladaraq: “Türkiyə, Suriyada daimi sülhü təmin etmək üçün İran və Rusiya ilə əməkdaşlıq edir. Əsas məqsəd elan edilmiş müvəqqəti ateşkəsə daimi mövqe qazandırmaqdır.

ABŞ Turkish-American Web portalı: Baş nazir Binali Yıldırım, Singapura səfəri çərçivəsində ölkənin yüksək reytinqə sahib mətbuat orqanlarına verdiyi müsahibəsində Sinqapur, Türkiyə üçün bölgəyə giriş qapısı hesab edilir. Türkiyə bölgədəki digər ölkələrlə də münasibətləri irəli pillələrə qardırmaq istəyir. Türkiyə, tiracət həcmini və sərmayələrini artırmaqla yanaşı terrora qarşı mübarizədə də bölgə ölkələrlə əməkdaşlıq etmək istəyir deyə vurğulayıb

Almaniya DPA: “ Alman turistlər Qabrielin çağırışına etina göstərmədilər” başlıqlı xəbərdə: Almaniya Xarici işlər naziri Sigmar Qabriel dörd həftə əvvəl Türkiyəyə səyahət edəcək olarlara bundan imtina etmələri barədə çağırış etmişdi. Lakin onun bu çağırışına etina göstərilməyərək Türkiyəyə turist axını davam etdi.



Әlaqәli Xәbәrlәr