Xarici mәtbuat

Gündəm xarici media vasitələrində:

785661
Xarici mәtbuat

İngiltərə, Reuters xəbər agentliyi: Türkiyәnin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan  separatçı terror təşkilatı PKK-lı terrorçulara yalnız Almaniyanın dәstәk olduğunu deyib.

Rәcәb Tayyib Әrdoğan  Әdalәt vә İnkişaf Partiyasının Rizә şәhәr söbәsinin mәşvәrәt toplantısındaki çıxışında terror mәsәlәsinә toxunub.   

Almaniyada keçәn ay Nazirlәr Kabinetinin binasının qarşısında bir plakatda Rusiya prezidenti, Sәudiyyә Әrәbistanı kralı vә özünün şәklinin әks olunduğunu vә әleyhinә sәslәndirilәn şüarları xatırladan Rәcәb Tayyib Әrdoğan: ‘‘ Bu  hadisә Almaniyada Nazirlәr Kabinetinin binasının qarşısında yaşanıb. Yerli polis isә bunu izlәyib’’ deyib.

ABŞ, Turkish American News Portal: Baş nazirin müavini Hakan Çavuşoğlu Türkiyə ilə Afrika ölkələri arasında 200-dәn çox əməkdaşlıq haqqında protokolun imzalandığını deyib. Hakan  Çavuşoğlu  Türkiye ilə Afrika arasında tarixi köklәrә söykənən әlaqәlәrin olduğunu deyib. Baş nazirin müavini Türkiyә ilә Afrika ölkәlәri arasında başda təhsil, texnologiya,  viza sərbəstliyi, kiber təhlükəsizlik, hərbi sahәdә әmәkdaşlıq olmaqla bir çox fәrqli  sahәdә әmәkdaşlıq haqqında müqavilәnin  imzalandığını qeyd edib.

Rusiya Sputnik: Nəqliyyat naziri Əhməd Aslan  kiber hücum təhlükəsinə qarşı ‘‘Yerli e-poçtunuz’’ sistemi üzərində çalışıldığını ifadə etdi.

Əhməd Aslan  verdiyi son açıqlamada sistemin 2018-ci ilin sonunadәk hazır olacağını bildirib. O, sistemin ilk növbәdә dövlәt qurumlarında istifadә olunacağını qeyd edib.

Qətər,  Əl-Cəzirə TV: Yəməndə təhlükəsizlikdən məsul qüvvələr  Türkiyə tərəfindən Taiz şəhərinə  göndәrilәn  sәyyar xəstəxananı daşıyan maşınları bir neçә saat saxladıqdan sonra keçidinә icazә verib.

Mәlumata görә, Türkiyәnin göndәrdiyi vә beş yük maşınının  keçidinә icazә verilib.

Qeyd edәk ki,  Türkiyә indiyәdәk  Yәmәnә 42 milyon dollar mәblәğindә humanitar yardım göndәrib.

 



Әlaqәli Xәbәrlәr