Xarici Mətbuat

Türkiyənin gündəmindəki əsas mövzular xarici mətbuat və veriliş orqanlarında

769902
Xarici Mətbuat

Rusiya Xəbər Agentliyi Sputnik: prezident Rəcəb Tayyıb Ərdoğan media orqanı BBC-yə verdiyi müsahibəsində, Türkiyənin öz ayaqları üzərində dayana biləcək gücə sahib olduğunu ifadə edərə bildirib ki, “Avropa İttifaqına verdiyimiz bütün vədlərə əməl etdik. Avropa İttifaqının Türkiyəni qəbul edə bilməyəcəyini konkret səsləndirməsi, Türkiyənin xeyrinə olar. Vaxt itirmədən B və C planlarımızı həyata keçirərik.

ABŞ Turkish Newyork Web Portalı: "Türkiyə 15 İyulda ən vəhşi zərbə təşəbbüsü ilə qarşılaşdı”. Terror təşkilatlarının yaxşısı olmaz. Türkiyə 15 İyul 2016-da Fətullahçi Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyi (fəto / PDY) tərəfindən təşkil edilən "ən vəhşi zərbə cəhdi" ylə qarşılaşdı. Bunu Baş nazir Binali Yıldırım deyib.

Baş nazir Yıldırım, "Beynəlxalq 15 İyul Simpoziumu" nda etdiyi çıxışında: “15 İyul 2016-dan sonra doğulan Balalarımızın daha belə vəhşi və kədərli bir hadisə yaşamamalarını arzulayıram. Terror təşkilatlarının yaxşısı olmadığı kimi çevrilişin də yaxşısı olmaz. Lakin Türkiyə 15 sentiyabrda bu torpaqların indiyə qədər şahid olduğu ən vəhşi, ən xain çevriliş cəhdi ilə qarşılaşdı.

ABŞ Turkish Newyork Web Portalında “Türkiyədən Yunanıstan xarici işlər naziri Kociasa sərt reaksiya” başlığı ilə əks edən xəbərdə: Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Müftüoğlu, Yunanıstan Xarici işlər naziri Nikos Kociasın, Kıbrıs Konfransının nəticəsiz yekunlaşmasında Türkiyəni ittiham edərək, ölkəsinin və Kıbrıs Rum İcmasının qəbul edilməz rəftarını ört-basdır etməyə səy etdiyini qeyd edib.

Serbiya yayım orqanı B92-nin “Serbiyaya həftədə bir Türk sərmayəçi gəlir” başlıqlı xəbərində gedib: Serbiya Ticarət, Turizm və Telekommunikasiya naziri Rasim Lyaiç, ölkəsində 400-dən çox Türk şirkətin olduğunu ifadə edərək bildiribki, Serbiyada onsuz da Türk investorlar var. Serbiyaya hər həftə ölkəmizə investisiya etməklə maraqlanan bir Türk sərmayəçi gəlir. Bunların çoxu tekstil sənayesi sahəsində fəaliyyət edir. Serbiyada Türklərə məxsus 400-dən çox şirkət fəaliyyət göstərir.



Әlaqәli Xәbәrlәr