"Türkiyə üzərinə düşəni etdi", M.Çavuşoğlu

Rusiyanın “Ria Novosti", İranın IRNA, İngiltərənin BBC,ABŞ-ın “Turkish Newyork” informasiya qurumları Türkiyədən nə yazır?

766619
"Türkiyə üzərinə düşəni etdi", M.Çavuşoğlu

07.07.2017 XARİCİ MƏTBUAT

Rusiya, “Ria Novosti": “Türkiyə üzvlük müzakirələrinin təxirə salınmasını qınayıb"

  Türkiyə Avropa Parlamentinin üzvlük müzakirələrini dayandırmaq qərarını “yox” hökmündə saydığını bildirib. Ölkənin Xarici İşlər Nazirliyindən verilən məlumatda bildirilir: "Əsassız iddia və böhtanlara dayanan bu qərar sözügedən qurumun etibarını ayaqlar altına almaqdadır. Bu qərar tərəfimizdən “yox” hökmündə sayılmaqdadır." Türkiyənin Avropa İttifaqı üzrə naziri Ömər Çelik də bir mətbuat konfransında AP-nin qərarına reaksiya göstərib və hesabatı qəbul etməyəcəklərini bildirib: “Avropa Parlamenti siyasi qərar qəbul edib. Obyektiv olmayan hesabatın heç bir əsası yoxdur”.

İran, IRNA xəbər agentliyi: “Ərdoğan: “Beş min beynəlxalq terror şübhəlisi ölkədən ixrac edildi."

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan: “Türkiyə təhlükəsizlik qüvvələri bu günə qədər DEAŞ kimi beynəlxalq terror şübhəlisi beş min adamı ölkədən xaric etməyi bacarıb. Suriyanın şimalında Fərat Qalxanı əməliyyatının uğurları oldu. Türkiyə DEAŞ, PKK və Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyi (FETÖ/PDY) kimi terror təşkilatları ilə ciddi şəkildə mübarizəsini davam etdirəcək."

İngiltərə, BBC, Türkiyə türkcəsində: “Çavuşoğlu: Türkiyə üzərinə düşəni etdi"

  Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Kıbrısda qalıcı və ədalətli həll üçün Kipr – Türkiyə müzakirə masasında hər zaman üzərinə düşəni etdiklərini söyləyib: "Bu nəticə BMT-nin yaxşı niyyət missiyası parametrləri içərisində bir sülhün qeyri-mümkünlüyünü ortaya qoydu. Artıq israr etməyin mənası yoxdur."

ABŞ, “Turkish Newyork” veb portalı: "Mövlananın nəvəsindən "İslamafobi"yə qarşı nümunə"

  Mövlana Cəlaləddin Ruminin 16 yaşlı 21-ci nəsil nəvəsi Ceylin Şener ABŞ-da təhsil aldığı liseydə "İslamofobiya"ya qarşı qurduğu "Humans First-Əvvəl İnsan" klubunda etdiyi işlərlə böyük babasının yolu ilə irəliləyir.

  C.Şener keçən il təhsil almaq üçün ABŞ-dakı "The Hill School" məktəbində qeydiyyatdan keçib. Məktəbdəki otaq yoldaşı və ailəsi Şenerin müsəlman olduğunu bilincə narahat olub. Bu vəziyyətə kədərlənən və xəyal qırıqlığına uğrayan Şener din, dil, irqindən asılı olmayaraq hər kəsə bərabər davranmağı hədəfləyən qrup yaradıb, ona əvvəlcə ön mühakiməsi olan 8, sonra 5 nəfər qatılıb.



Әlaqәli Xәbәrlәr