Xarici metbuat

Gündəm xarici media vasitələrində:

756786
Xarici metbuat

Rusiyanın səsi radiosu: "Avropa İttifaqının (Aİ) qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Yohannes Hahn Türkiyəyə gəlir”

İttifaqdan Türkiyəyə əhəmiyyət kəsb edən səfər reallaşacaq. Yohannes Hahn 6 iyulda Türkiyədə səfərdə olacaq. Aİ-Türkiyə əlaqələri üçün 12 aylıq təqvim təyin olunmuşdu. Altı əsas mərhələdən ibarət təqvimdə gömrük birliyinin yenilənməsi, viza rejiminin ləğvinin təmin edilməsi kimi başlıqlarla yanaşı terrorla mübarizə də yer tutur.

İran, rəsmi xəbər agentliyi “İRNA”: "Türkiyənin Rusiyadan S-400 uzun mənzilli raket sistemi satın alınması mövzusunda son mərhələyə çatıldı"

Türkiyənin Rusiyadan satın alacağı S-400 raket sistemləri mövzusunda son texniki dəyərləndirmələr aparılır. Türkiyə qısa müddətdə son siyasi qərarı verəcək. Türkiyə S-400 mərmi müdafiə sisteminə ehtiyac duysa da əsl məqsədi yerli müdafiə sistemini yaratmaqdır. Bununla əlaqəli olaraq da proqramlara başlanılıb. Həmin proqramlar həm araşdırmaları həm də sistemi inkişaf etdirməyi əhatə edir və bu barədə bəzi qərbli şirkətlər də Türkiyə ilə əməkdaşlıq etmək üçün yarışır. Parisdə açılan hava və kosmos sərgisi çərçivəsində ortaq əməkdaşlıq üçün bəzi firmalar və hərbi sənaye şirkətləri ilə görüşlər kéçirilir.

Almaniya, “Deutsche Welle” (DW) media quruluşu: "B. Yıldırım: çevriliş cəhdində iştirak edənlər Yunanıstan ilə Türkiyə arasındakı əlaqələrə ziyan vurmasın"

Baş nazir Binəli Yıldırım Afina səfəri çərçivəsində Yunan həmkarı Aleksis Tsiprasla bir araya gəldi. Yıldırım Tsiprasla təşkil etdiyi birgə mətbuat konfransında 15 iyul çevriliş cəhdindən sonra Yunanıstana qaçan və Ankaranın onların geri qaytarılması tələbinə baxmayaraq Türkiyəyə verilməyən Fetullahcı Terror Təşkilatı mənsubu terrorçularla əlaqədar danışdı. Çevrilişə cəhd edənlərin qaytarılmasına etiraz edən Yunanıstan məhkəmələrinin qərarlarını yozumlayan Yıldırım, "Biz ölkəmizə qarşı açıq şəkildə çevrilişə cəhd edən kəslərin qaytarılmasını arzu edirik. Hüququn verdiyi qərara hörmətlə yanaşırıq amma istəyirik ki, onların Yunanıstan ilə Türkiyə arasındakı əlaqələrə mənfi təsiri olmasın." dedi.

ABŞ, “Voice of America”: "Kıbrıs müzakirələrində son qovşaq"

Cenevrədə 28 iyunda keçiriləcək Kıbrıs müzakirələri yekun razılaşma üçün son şans kimi görülür. Şimali Kıbrıs Türk Cümhuriyyəti Türkiyənin təktərəfli müdaxilə haqqını ehtiva etməyən bir zəmanət sisteminin zəmanət sistemi olmayacağını fikirləşir. Bu mövzuda Şimali Kıbrıs Türk Cümhuriyyəti hökuməti son dərəcə qəttiyətlidir və israr edir. Türk tərəfi Türkiyənin heç bir siyasəti və ya zəmanət haqqının Rum tərəfinə etimadsızlıq verən bir mövzu olmadığını ifadə edir. Kıbrıs Türk xalqı adada Rumların hakimiyyətində olma riski olmayacaq, adanın suveren və siyasi bərabərliyinə söykənən bir tərəfdaşlıqdan başqa heç bir formulu qəbul etməyəcək. Qısacası Kıbrıs adasının keçmişdə heç bir zaman olmadığı kimi bundan sonra da heç bir zaman bir Yunan adası ola bilməyəcəyini zəmanət altına alan bir razılaşmadan bəhs edilir. Türk tərəfi, "Belə bir razılaşmanı bəziləri qəbul edirsə biz də edirik, yoxsa hər kəs  öz yoluna üz tutsun" açıqlamasını yaydı.



Әlaqәli Xәbәrlәr