Xarici mәtbuat

Gündəm xarici media vasitələrində:

756209
Xarici mәtbuat

Rusiya,  Ria Novosti:  Yunanıstanın paytaxtı Afinada Yunanıstan prezidenti Prokopis Pavlopulos ilə görüşən Türkiyәnin baş naziri Binәli Yıldırım  Aİ gələcək perspektivini ortaya qoymalıdır və Türkiyə ilə necə bir yol izlәyәcәyini  müəyyən etməlidir deyib. Binәli Yıldırım  tərəflər arasında  razılaşdırılmamış mәsәlәlәrin olduğunu  bildirib. Baş nazir  Aİ-nin keçən ilki mövqeyinin Türkiyəni narahat etdiyini bildirib.

Makedoniya, Nova Makedonija qəzeti: Türkiyәnin XİN rәhbәri  Mövlud Çavuşoğlu  Makedoniyaya sәfәr edib. Mövlud Çavuşoğlu sәfәri çәrçivәsindә Makedoniya prezidenti  Gjorge Ivanov və makedoniyalı hәmkarı Nikola Dimitrov ilə bir araya gəlib. Görüşlәrdә ikitərəfli münasibətlər vә  iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.  İvanov strateji hədəflər məsələsində Türkiyənin göstәrdiyi  güclü və ardıcıl dəstəyә görә  tәşәkkür edib.

Fransa, AFP:   Qətər Müdafiə Nazirliyi  Türk qoşunlarının birgə təlim üçün Qətərdə olduqlarını bildirib. Müdafiə Nazirliyindәn verilәn  açıqlamada, təlimlərin Dohadakı Tarıq bin Ziyad hərbi bazasında bazar günü başladığı bildirilib. Açıqlamada tәlimlәrin uzun zamandır nәzәrdә tutulduğu qeyd olunub.

Almaniya, DPA: Rusiya prezidenti Vladimir Putin Aleksey Yerxovun Rusiyanın Türkiyədə  səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzaladı.

Bir zamanlar Rusiyanın İstanbul baş konsulu işləyən Yerxov Rusiya Xarici İşlər Nazirliyində böhran şöbəsinin müdürü vəzifəsində işləyirdi.



Әlaqәli Xәbәrlәr