Avropa terrorçuları jurnalist kimi təqdim edir

Xarici mətbuat, 06.06.2017

746634
Avropa terrorçuları jurnalist kimi təqdim edir

  ABŞ, “Bloomberg” tv: "Almaniya naziri Türkiyədən əliboş qayıtdı"

  Almaniya Xarici İşlər naziri Siqmar Qabriel Türkiyənin İncirlik bazasındakı almaniyalı əsgərlərlə görüşmək üçün icazə almaq istədi, amma Türkiyədə ümid etdiyini tapa bilmədi.

  Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu həmkarı Siqmar Qabriellə görüşündən sonra təşkil edilən mətbuat konfransında: “Nə qədər ki Almaniya Türkiyənin düşmənləri və terrorçuları saxlayır, o qədər də Almaniya səlahiyyətlilərinə İncirliyə gəlmələrinə maneə törədilməyə davam ediləcək”, - deyib. M.Çavuşoğlu onu da bildirib ki, “Avropa dövlətləri terrorçuları jurnalist kimi təqdim edib onlardan öz gizli xidmətləri üçün istifadədən də imtina etməlidir. Bu taktika Avropada son zaman bir dəb halını alıb. Terrorçular yaxalanarkən avropalılar bir jurnalistin həbs olunduğunu önə sürüb kampaniya başlamaq istəyirlər".

  Rusiya, “Ria Novosti” xəbər agentliyi: "Türkiyə körfəz böhranını həll etmək üçün meydandadır”

  Ankara bəzi ərəb ölkələrinin Qətərlə diplomatik əlaqələri kəsmə qərarının kədərverici olduğunu bildirərək bu ölkələrlə dialoqu davam etdirmək çağırışı edib. "Biz bölgənin sabitliyini öz ortaq məsələmiz olaraq görürük" deyən Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bu ölkələrlə terrorizm, İslamofobiya və məzhəbçiliyə qarşı birlikdə mübarizə apardıqlarını vurğulayıb, həmrəyliyin əhəmiyyətinə toxunub: "Əlbəttə ölkələr arasında problemlər, fikir ayrılığı ola bilər, amma hər bir şəraitdə dialoq davam etməlidir. Bu vəziyyətin yoluna düşməsi üçün hər cür dəstəyi verməyə hazırıq".

  Almaniya, “Deutsche Welle” (DW) media qurumu: "Türkiyə turizmi"

  2017-ci ilin aprel ayında Türkiyəyə səfər edən xarici vətəndaşların sayı keçən ilin eyni dövrülə müqayisədə 18,10 faiz artaraq təxminən 2 milyon nəfər olub. Türkiyəyə ən çox turist gedən ölkələr arasında Almaniya 12,69 faizlə birinci, Rusiya 8,78 faizlə ikinci yerdədir. Almaniyadan Türkiyəyə aprel ayı içində gedən turistlərin sayı əvvəlki illə müqayisədə 6,7 faiz artaraq təxminən 263 min adam olub.

  ABŞ, “Voice of America”: "Kipr müzakirələrində Cenevrə yolu"

  Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərində Birləşmiş Millətlər Təşkilatı sammitindən sonra Cənubi Kipr sürdüyü ön şərtlərdən geri addım atdı. Beləliklə, Qıbrızda (Kipr) qalıcı həll üçün ümidlər artdı. Türkiyə ortaya çıxan bu görüntüdə Kiprin gələcəyi üçün bütün tərəflərin qazanclı çıxa biləcəyi yeni layihəsini həyat keçirmək fikirindədir. Bu layihədə Kiprdə siyasi bərabərlik, federal Kiprin Türkiyə ilə əlaqələri, Türkiyə-Yunanıstan və Türkiyə-Avropa əlaqələri yeni və məhsuldar şəkildə əks olunur.



Әlaqәli Xәbәrlәr