Xarici mətbuat, 31.05.2017

Almaniya yumor ustası Jan Böhmermanla bağlı başlanan istintaqda Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın vəkilliyini Mustafa Kaplan edəcək.

743107
Xarici mətbuat, 31.05.2017

  İngiltərə, “Reuters” xəbər agentliyi: "Ərdoğan – Avropa İttifaqı görüşü müsbət abu-havada keçdi".

  “Reuters”ə məlumat verən Brüsseldəki avropalı rəsmilər keçən həftə Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla Avropa İttifaqı Şurasının sədri Donald Tusk və Aİ Komissiyası sədri Jan Klaud Yunker (Jean-Claude Juncker) arasında reallaşan görüşün müsbət keçdiyini, ancaq yeni bir anlaşma imzalanmadığını qeyd ediblər. Avropa İttifaqı və Türkiyə bu il orta və yüksək səviyyəli danışıqlar keçirməyi planlaşdırır.

  Almaniya, “Deutsche Welle”, Türkiyə türkcəsində: "Ərdoğan Almaniyada yeni vəkil tapdı".

  Almaniya yumor ustası Jan Böhmermanla bağlı başlanan istintaqda Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın vəkilliyini Mustafa Kaplan edəcək.

  Mustafa Kaplan Almaniyada 2000-2007-ci illərdə səkkizi türk olan on adamı öldürməkdə təqsirləndirilən, həddindən artıq sağçı Milli Sosialist Yeraltı (NSU) terror təşkilatı üzvlərinin mühakimə olunduğu məhkəmə işindəki vəkillər arasında yer alır. Kölndə fəaliyyət göstərən vəkil Mustafa Kaplan Almaniya yumor ustası J.Böhmermana qarşı açılan iddiada R.T.Ərdoğanı təmsil edəcəyini təsdiqləyib.

Rusiya, “Sputnik” beynəlxalq xəbər agentliyi: "Türkiyənin maraq göstərdiyi MS-21 tipli Rusiya sərnişin təyyarəsi ilk sınaq uçuşunu keçirdi".

  Rusiya prezidenti Vladimir Putin ilk sınaq uçuşla əlaqədar Baş nazir müavini Dmitriy Roqozin və “İrkut” işçilərini təbrik edib.

  Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 10 martda Putinlə olan görüşündə MS-21 tipli Rusiya sərnişin təyyarələriylə maraqlandıqlarını söyləmişdi. “İrkut” şirkətinin nümayəndələri də Türkiyə Hava Yolları şirkəti əməkdaşlarıyla görüşmüşdü.

  Qeyd edək ki, MS-21 “İrkut” şirkəti tərəfindən inkişaf etdirilən, 150-212 nəfərlik, qısa və orta mənzilli, cüt motorlu sərnişin təyyarəsidir.

ABŞ, “Turkishny” xəbər portalı: THY-nin yerli istehsalı "Boeing” 777-300ER təyyarəsi Filoya qatıldı

  Türkiyə Hava Yollarının (THY) iştirakı ilə “Turkish Seat Industry” (TSI) istehsalı olan oturacaqlar “Boeing 737” təyyarələrindən sonra geniş gövdəli, uzun mənzilli 777-300ER-lərdə istifadə edilməyə başlandı. Beləliklə, kabinində “Ekonomi” sinfində ilk yerli kresloya malik təyyarə olaraq TC-LJK-da qeydiyyatdan keçmiş “Boeing” 777-300ER təyyarəsi filoya qatıldı. 2014-cü ildə “Turkish Seat Industry” (TSI) istehsalı olan oturacaqlar ilk mərhələdə dizaynını Avropa Aviasiya və Təhlükəsizlik Agentliyinin (EASA) təsdiqindən keçirib.



Әlaqәli Xәbәrlәr