Xarici mətbuat

Gündəm xarici media vasitələrində:

737418
Xarici mətbuat

Almaniya, “DPA” mətbuat agentliyi: “Martin Schulz: Türkiyə ilə müzakirələrə son qoyulması Avropa İttifaqının mənfəətinə olmaz”

Almaniyada keçiriləcək seçkilərdə Angela Merkelin rəqibi olan Sosial Demokrat Partiyanın namizədi Martin Schulz seçki kampaniyasını Türkiyəyə qarşı düşmənçilik ətrafında aparırdı. Onun son açıqlaması isə maraqlı oldu. Schluz Türkiyə ilə əlaqələri dəyərləndirərək dedi ki, Aİ hər sahədə əməkdaşlığa açıq olmalıdır. İttifaq Türkiyə ilə müzakirələri davam etdirməlidir. Mayın 22-də Berlində etdiyi çıxışda üzvlük müzakirələrinin Aİ ilə Türkiyə arasında hal-hazırda ünsiyyətin yeganə yolu olduğunu vurğulayan Schulz bildirdi ki, bu nizamlı müzakirələrin dondurulması və Türkiyənin təcrid edilməsi qətiyyətlə Avropanın lehinə olmaz.

İspaniya, “Diario Sur” qəzeti: “Türkiyənin üzvlüyünə şübhə ilə yanaşan tərəf Avropa İttifaqıdır”

İspaniyada Türkiyənin səfiri Ömər Önhon Avropanın Türkiyə ilə çalxantılı əlaqələrini dəğərləndirərək bildirdi ki, inteqrasiya qapıları bağlanmadı. Avropada Türkiyənin İttifaqdan kənarlaşdığı söhbəti gedir, lakin obyektiv analiz bunun ziddini göstərir. Tamhüquqlu üzv olmaq ölkə üçün strateji seçimdir və bu mövqe Türkiyə tərəfindən verilən bəyanatlarda bir neçə dəfə dilə gətirildi. Türkiyənin namizədliyinə şübhə ilə yanaşan tərəf Avropa İttifaqıdır. Üzvlük prosesinə 2005-ci ildə, hazırda üzv olan Xorvatiya ilə birlikdə başladıq. Türkiyə dünyanın ən güclü 17-ci iqtisadiyyatıdır. Avropa İttifaqının isə altıncı böyük iqtisadiyyatı olacaq. Türk demokratiyası istənilən meyarları yerinə yetirir, bunun ziddi olsaydı namizədlik statusu qazana bilməzdi.

İtaliya, “ANSAmed”: “Çavuşoğlunun İtaliyaya səfəri”

Xarici işlər naziri Mövlud Çavuşoğlu mayın 24-də İtaliyaya səfər edəcək.

Çavuşoğlu səfəri zamanı italiyalı həmkarı Angelina Alfano ilə görüşəcək. Görüşdə iki ölkə arasındakı əlaqələrlə yanaşı regional mövzularda fikir mübadiləsi aparılacaq. Nazir həmçinin İtaliyanın prezidenti Sergio Mattarella və baş naziri Paolo Gentiloni tərəfindən qəbul ediləcək, İtaliya Beynəlxalq Əlaqələr İnstitutu (İstituto Affari İnternozionali-İAİ) adlı beyin mərkəzində təşkil ediləcək konfransda iştirak edəcək.

Rusiya rəsmi xəbər agentliyi “Ria Novosti”: “ Məhdudiyyətlərə son qoyulması Türkiyə ilə Rusiya arasındakı iqtisadi əlaqələri gücləndirəcək”

Rusiya və Türkiyə qarşılıqlı ticarət məhdudiyyətlərinə son qoyulmasına dair sənəd imzaladı. İqtisadiyyatçı Anton Şabanov bildirdi ki, bu addım həm Rusiya həm Türkiyə tərəfinin lehinə olacaq. Bununla da qarşılıqlı ticarət əlaqələri artacaq. Sanksiyalara son qoyulduğu zaman bazarlar özünü sabit hala gətirir və təbii olaraq ticarət dövriyyəsi artır. Bu da hər zaman iki ölkənin iqtisadiyyatına müsbət təsir göstərir, çünki iqtisadi dialoq və ticarət güclənir.



Әlaqәli Xәbәrlәr